Anons

Bu gün, 16:09- Ali Məhkəmənin hakimi intihar etdi

Bu gün, 15:51- Prezident onları təltif etdi - Siyahı

Bu gün, 15:15- “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?

Bu gün, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Bu gün, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Bu gün, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Gimnastlarımız İslamiadadan vətənə medallarla qayıdıblar

Tarix:16-08-2022, 13:26

Gimnastlarımız İslamiadadan vətənə medallarla qayıdıblar
V İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vuran Azərbaycan komandasının bir qrup üzvü vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları Azərbaycanın idman federasiyalarının, idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, eləcə də yaxınları və dostları qarşılayıblar.

Bu idmançılar arasında bədii və aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri də var.

Gimnastlar yarışlarla bağlı təəssüratlarını və medal qazanmağın sevincini media nümayəndələri ilə bölüşüblər.

"Mükafat qazandığımız üçün şadıq. Hazırlığı davam etdirəcəyik, qarşıda bizi vacib yarış - Dünya Çempionatı gözləyir. Çempionatda yaxşı çıxış etməyə çalışacağıq", - bədii gimnastika üzrə qrup hərəkətləri üzrə komandanın üzvü Zeynəb Hummətova deyib.

"Yarışlar yüksək səviyyədə keçdi. Hər şeyi bəyəndik, təəssüratlar müsbətdir. Nəticədən razıyıq", - deyə Vladimir Dolmatov komandaya dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, bədii gimnastika üzrə yarışın yekunlarına görə azərbaycanlı gimnast Zöhrə Ağamirova halqa ilə proqramda gümüş, topla hərəkətdə bürünc, gürzlə proqramda qızıl, lentlə kompozisiya üzrə isə qızıl medal qazanıb.

Azərbaycanın komanda hesabında qızıl medalı var. Mükafatı fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova qazanıblar.

Qrup hərəkətlərində Azərbaycan komandası çoxnövçülükdə qızıl (iki məşqin cəmi), beş halqa ilə proqramda gümüş, üç lent və iki topla hərəkətə görə qızıl medal qazanıb. Komandada Daria Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Yelizaveta Luzan, Zeynəb Hümmətova yer alıb.

Azərbaycanın aerobika gimnastika komandası İslamiadada beş mükafat - iki "qızıl" və üç "gümüş" qazanıb. Vladimir Dolmatov kişilər arasında fərdi proqramda “qızıl”, Mədinə Mustafayeva qadınlar arasında fərdi proqramda “gümüş”, Dolmatov və Mustafayeva qarışıq cütlükdə “qızıl”, Xoşqədəm Quliyeva, Mədinə Mustafayevanın daxil olduğu trioda “qızıl” qazanıblar. Vladimir Dolmatov isə gümüş medal qazanıb. Bununla yanaşı, aerobika gimnastikası üzrə Azərbaycan komandası komanda hesabında İslamiadanın gümüş mükafatçısı olub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...