Anons

Dünən, 19:13- Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ?

Dünən, 17:28- Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır - Makron narahatdır - TƏHLİL

Dünən, 17:04- “Aqrar Sığorta”nın biznesində “donvurma” - yığımları 2 mln. manat azalıb

Dünən, 16:18- "Lift quraşdırmaq üçün 90 min avro və 4 min dollar verdim" - Keçmiş deputat Hacı Salayevin məhkəməsi

Dünən, 14:29- “Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

Dünən, 13:29- Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video

Dünən, 12:40- İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Dünən, 10:22- Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Dünən, 10:04- "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Dünən, 09:31- “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Dünən, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

20-05-2024, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

20-05-2024, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

20-05-2024, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

20-05-2024, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

20-05-2024, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

20-05-2024, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

20-05-2024, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

20-05-2024, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

20-05-2024, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Haqqımızda Əlaqə

Yunan-Roma güləşi üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Tarix:21-01-2022, 10:17

Yunan-Roma güləşi üzrə Dünya Kuboku Bakıda keçiriləcək
Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclası keçirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda bir sıra yarışlarla bağlı önəmli qərarlar verilib. Daha öncə təqvimdə ilin ilk reytinq turniri kimi nəzərdə tutulmuş "Matteo Pellikone" yarışı İtaliyada Omikron virusunun geniş yayılması üzündən təxirə salınıb. Belə ki, İtaliya hökumətinin məlum səbəbdən tətbiq etdiyi sərt məhdudiyyətlər UWW-ni bu addımı atmağa vadar edib. Romadakı yarış 22-25 iyun tarixlərində keçiriləcək. Belə olan halda ilk reytinq yarışı fevralın 24-dən 27-dək İstanbulda təşkil olunacaq ənənəvi xatirə turniri olacaq. İkinci reytinq yarışı Qazaxıstanda (2-5 iyun), mövsümün son reytinq turniri isə Tunisdə (14-17) baş tutacaq.

UWW-nin prezidenti Nenad Laloviç məsələylə bağlı bunları deyib: "İnanırıq ki, bu dəyişikliklər hər il keçirilən reytinq yarışlarına fayda verəcək. Bu turnirlərdə güləşçilərə xallar veriləcək. İlin sonunda toplanan xallara əsasən ən yaxşı güləşçilər müəyyənləşəcək".

Tədbirdə ilin sonunda keçiriləcək Dünya Kubokunun məkanları da müəyyənləşib. Sərbəst və qadın güləşi üzrə Dünya Kuboku 2022-23-cü illərdə İovada (ABŞ) təşkil olunacaq. Yunan-Roma güləşi üzrə analoji yarış isə ölkəmizə həvalə olunub. Bu il noyabrın 5-6-da keçiriləcək yarışa Bakı ev sahibliyi edəcək. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Dünya Kubokunda 8 yox, 6 komandanın iştirakı nəzərdə tutulub. Belə ki, ötən il Norveçdə keçirilən dünya çempionatında komanda hesabında ilk "5-lik"də yer alan Rusiya, İran, Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, dünya yığması (All Star) kubok uğrunda mübarizə aparacaq. Yunan-Roma güləşi üzrə Dünya Kuboku 5 illik fasilədən sonra keçiriləcək. Klassik güləş üzrə millimiz 1 dəfə kuboku başı üzərinə qaldırıb. Komandamız 2015-də Tehranda kubokun sahibi olub.

Qeyd edək ki, daha sonra ölkəmizdə iki dəfə (2004, 2012) sərbəst güləş üzrə Dünya Kuboku keçirilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...