Anons

Bu gün, 21:22- Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb

Bu gün, 20:58- BU NƏDİ BELƏ: Sakinlər yaşaya-yaşaya binanı sökürlər... - AXI NİYƏ?

Bu gün, 19:12- Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov

Bu gün, 18:30- Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir-Nəsimi rayonunda qalmaqal

Bu gün, 15:55- Mərkəzi Bankda YENİ TƏYİNAT

Bu gün, 15:30- AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA

Bu gün, 14:31- Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı - Elçin Yusubovu təhdid edənlər kimdir

Bu gün, 13:35- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bu gün, 13:09- “McDonalds Azərbaycan” işçiləri istismar edir - GİLEY

Bu gün, 11:59- Keçmiş deputat yenə meydandadır... MEYDAN SULAYIR... - İLGİNC İDDİALAR...

Bu gün, 10:53- Meşə heyvanlarının SAHİBİ DÖVLƏT DEYİLMİ? - ETİRAZ VAR...

Bu gün, 10:17- “Yaşı ilə bağlı Vahid Babayevi önə verirlər, əsl günahkar digərləridir” - İTTİHAM VAR...

Bu gün, 09:26- Bu qurumlarda qanun saya salan yoxdur... - İTTİHAM VAR...

Bu gün, 08:54- "Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır -ŞİKAYƏT

11-05-2024, 16:51- Azərbaycanlı məşhur axtarışa verildi

11-05-2024, 16:25- Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

11-05-2024, 15:38- Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

11-05-2024, 15:27- Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ

11-05-2024, 15:02- Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyon vergidən yayınma aşkar edilib...

11-05-2024, 14:56- Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

Haqqımızda Əlaqə

Rotterdamda "Qarabağ" idman klubu ofisinin açılışı olub

Tarix:3-03-2020, 11:18

Rotterdamda "Qarabağ" idman klubu ofisinin açılışı olub Niderlandın Rotterdam şəhərində "Qarabağ" idman klubunun və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) müştərək ofisinin rəsmi açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən, tədbirdə Azərbaycanın Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov, səfirliyin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən BAK sədri Elsevər Məmmədov bildirib ki, əsaslı təmirdən sonra ofisdə "Qarabağ" idman klubu, BAK və həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərəcək. Məqsəd – Qarabağ adının və torpağının Azərbaycana məxsus olduğunu bir daha yerli ictimaiyyətin diqqətinə çatdıqmaqdır.

Səfir Fikrət Axundov soydaşlarımızı təbrik edərək, Qarabağ adının Avropada bu cür təbliğ olunmasının hər bir azərbaycanlı üçün qürurverici olduğunu bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aytən Tarverdiyeva Komitə sədri Fuad Muradovun salamını, təbrikini və dövlətimizin hər zaman soydaşlarımıza dəstək olacağı barədə fikrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dövlət Komitəsinin adından yeni açılmış ofisə xatirə hədiyyələri təqdim olunub.

Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın çıxış edərək BAK-ın hər zaman Avropada Azərbaycanı layiqncə təmsil etdiyini, Qarabağ problemini hər fürsətdə gündəmə gətirməyə çalışdığını, dərnəyin kluba hərtərəfli dəstək göstərməyə hazır olduğunu vurğulayıblar.

BAK-ın sədr müavini Sima Cəfərova "Körpə fidanlar musiqili teatr qrupu", Zərifə Süleymanova isə rəhbəri olduğu "Rotterdam həftəsonu məktəbi" haqqında məlumat veriblər.

Mərasim "Rotterdam həftəsonu məktəbi"nin şagirdlərinin və "Körpə fidanlar musiqili teatr qrupu"nun ifasında bədii-musiqili proqramın təqdim olunması ilə yekunlaşıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...