Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Martın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq keçirib.
“AzPolitika” xəbər verir ki, monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Xatırladaq ki, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb.
Kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır.
Yerli mediada Tovuz Dövlət Sosial-İqtisadi Kollecində rüşvət, korrupsiya, digər neqativ hallarla bağlı çoxsaylı yazılar dərc olunub. Həmin məqalələrdə kollecin uzun illər ərzində korrupsiya və rüşvət yuvası kimi fəaliyyət göstərdiyi, tələbələrin rüşvətlə qəbul edildiyi, davamiyyətin olmadığı, bir sözlə, hər şeyin pulla həll edildiyi bildirilib. Qeyd olunur ki, tələbələrə yüksək göstəricilər yazıb onların təqaüdləri, habelə adı işdə olub özü gəlməyən müəllimlərin, texniki işçilərin maaşları kollec rəhbərliyi tərəfindən mənimsənilib. O da bildirilir ki, pul üstündə tez tez direkorla rəhbər işçilər arasında narazılıq, hətta dava-dalaş olub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda aparılan monitorinqlərin nəticələri, qanunsuzluq faktları barədə də heç bir informasiya verilmir.
Bu barədə “AzPolitika.info”nun sorğusuna sözügedən qurumdan verilən sorğuya cavab olaraq bildirilib ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində keçirilən monitorinq nəticəsində cinayət tərkibli nöqsanlar aşkar edilmədiyinə görə Agentlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilməyib.
“Monitorinq zamanı Kollecin bir sıra tədris sənədlərində (jurnallar, imtahan vərəqləri və s.) nöqsanlar aşkar edilmiş və bu nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verilmişdir”, - Agentlik bildirir.
Görünür, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi hansısa səbəblərdən sözügedən kollecdə hərtərfli araşdırma aparmaqda maraqlı olmayıb... Hər halda yayılan məlumatlar onu deməyə əsas verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə baş çəkməsinə ciddi ehtiyac var. O zaman qanunsuzluğun, korrupsiyanın olub-olmadığı məlum olar... (“AzPolitika”)