Anons

Dünən, 11:00-  Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...

Dünən, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?

Dünən, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

7-07-2025, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

7-07-2025, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

7-07-2025, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

7-07-2025, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

7-07-2025, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

7-07-2025, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

7-07-2025, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

7-07-2025, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Haqqımızda Əlaqə

Səbinə Xasayeva Yeni Yasamalda bir qrup vətəndaşı qəbul edib

Tarix:5-10-2023, 10:23

Səbinə Xasayeva Yeni Yasamalda bir qrup vətəndaşı qəbul edib
2023-cü il oktyabrın 4-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibatı ərazi dairəsində bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.

Səbinə Xasayeva Yeni Yasamalda bir qrup vətəndaşı qəbul edib


Newscenter-az xəbər verir ki, qəbula gələnlər müxtəlif məsələlərlə əlaqədar müraciət ediblər. Onlar Yeni Yasamal yaşayış massivində ( Dadaş Bünyadzadə, Məhəmməd Xiyabani, Əsəd Əhmədov və digər küçələrdə) münasib yerlərdə “BakıKart”ın yeni ödəniş terminallarının quraşdırılmasına, Məhəmməd Xiyabani kücəsi 54 ünvanda yerləşən dayanacaqda oturaçağın bərpa edilməsinə, Məhəmməd Xiyabani küçəsi 300 ünvanda istismara verilən(“Mahal” MTK-yə məxsusdur) 18 mərtəbəli yaşayış binasının sakinlərinə məxsus avtomobillərin həmin ərazidə yerləşən fərdi evlərin qarşısında dayanmasının qarşısının alınması üçün şlaqbaun qoyulmasına, Xarici Dairəvi yolu 22 ünvanda və Əsəd Əhmədov küçəsi istiqamətində olan yolda səki olmayan hissələrdə səkinin qurulmasına, təhlükəsizlik dirəklərinin(tumbaların) quraşdırılmasına, sözügedən ünvanda piyadaların rahat və fasiləsiz hərəkət etmələri üçün yaradılmış süni manelərin avtomobil tərəfindən zədələnməsi və qanunsuz olaraq park edilməsi səbəbindən sürücünün məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirin görülməsinə, qeyd olunan yol sahəsində həmin ərazinin işıqlandırılmasına və orada təhlükəsizlik kamerasının quraşdırılmasına, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına, vətəndaşlara əlillik dərəcəsinin verilməsinə, onların hüquqlarının qorunmasında qanunlara ciddi əməl edilməsinə, əhalinin sosial təminatının yaxşılaşdırılmasına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Səbinə Xasayeva Yeni Yasamalda bir qrup vətəndaşı qəbul edib


Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət
vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.

Səbinə Xasayeva Yeni Yasamalda bir qrup vətəndaşı qəbul edib


Qəbulda iştirak edənlər göstərilən diqqətə, səmimiyyətə görə minnətdarlıqlarını ifadə ediblər, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər.

Səbinə Xasayeva Yeni Yasamalda bir qrup vətəndaşı qəbul edib


Qəbulda Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərhrad Hacıyev və Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Hüseyn Abdullayev iştirak ediblər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...