Dünən, 11:00- Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
Dünən, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
Dünən, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət
7-07-2025, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
7-07-2025, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı
7-07-2025, 13:13- DYP radarlarla bağlı müraciət yaydı
7-07-2025, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
7-07-2025, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO
7-07-2025, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
7-07-2025, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
7-07-2025, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video
5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Ermənistan vətəndaşı Ruben Vardanyan təqsirləndirilən şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunub.
Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) mətbuat xidmətindən məlumat verilib.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır.
Toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilmişdir ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib.
Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib.
Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.