Anons

Bu gün, 12:00- Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb

Bu gün, 11:35- Azərbaycanda kənd təsərrüfatı və qida forumu keçiriləcək

Bu gün, 11:08- Qəzzada atəşkəs rejimi uzadıldı

Bu gün, 10:46- Bakıda "InMerge" innovasiya sammiti keçirilir

Bu gün, 10:13- Ceyhun Bayramov Şimali Makedoniyaya səfərə yola düşüb

Dünən, 17:00- Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşüb

Dünən, 16:00- Daxili İşlər Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

Dünən, 15:30- Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib

Dünən, 14:51- Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam yolunun yenidən qurulmasına 4,5 milyon manat ayrılıb - SƏRƏNCAM

Dünən, 14:09- Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

Dünən, 13:42- Sabahın havası

Dünən, 13:10- Delimitasiya ilə bağlı görüş Qazaxla sərhəddə keçiriləcək

Dünən, 12:24- Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıb

Dünən, 12:00- DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib

Dünən, 11:35- Azərbaycan telekanalları Türkiyədə 40 ən populyar kanal siyahısına daxil olub - REYTİNQ

Dünən, 11:08- Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə verilib

Dünən, 10:46- Laçının daha 63 sakini doğma yurda qayıdır

Dünən, 10:13- Dünya Bankı Qrupu Azərbaycana dair İqlim və İnkişaf Hesabatını açıqlayıb

28-11-2023, 17:00- Bərdə, Tərtər və Ağdam rayonlarının qaz təchizatında fasilə yaranacaq

28-11-2023, 16:35- Cənubi Koreya Ermənistanda səfirlik açacaq

Haqqımızda Əlaqə

Eyni ruhun iki qüruru

Tarix:24-09-2023, 10:39

Eyni ruhun iki qüruru
Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olsa da işğalçılıq niyyətini davam etdir­mək­dəydi. Dağılmış silahlı birləşmələrinin qalıqları separatçılarla birlikdə Xankəndində, Əskə­ran­da, Xocalıda, Ağdərədə cəmləşmişdi, işğaldan azad edilmiş ərazilərdə müxtəlif miqyaslı təxri­bat­lar törədirdi. Əksəriyyətinin qarşısı alınırdı.

Lokal xarakterli antiterror tədbirlərinin başlaması labüd idi, çünki Ermənistan terrorlarla vəziyyəti daha da gərginləşdirirdi, üçtərəfli razılaşmanın şərtlərinə əməl etməməklə beynəlxalq hüququn tələblərini kobud şəkildə pozurdu.

Lokal xarakterli antiterror tədbirləri sentyabrın 20-də başladı. Qısa müddətdə, 24 saatdan da az vaxtda düşmənin 90-na yaxın mövqesi, onlarla döyüş texnikası, yüzlərlə canlı qüvvəsi, zenit-raket kompleksi məhv edildi. Xankəndində ağ bayraq qaldırıldı. Separatçılar və onların terror şərik­ləri olan hərbi qulluqçular tərksilah edildi...

İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfə­lərlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müraciətində dedi:”Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində isteh­kam­ların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdiril­mə­si­nə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müraciətində dedi ki, “Bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz ermə­ni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik”.

Azərbaycanın təklifləri bəşəri, tolerant təkliflərdir: “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”.

Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin xalqa növbəti müraciəti tarixi Zəfərin davamı kimi dinlənildi. 2020-ci il noyabrın 10-da xalq hansı qüruru yaşamışdısa, 2023-cü il sentyabrın 20-də xalq müraciətində də o səviyyədə qürur yaşadı.. Hər iki qürur eyni ruhun qüru­ru­du...

Səbinə Xasayeva,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...