Dünən, 11:00- Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
Dünən, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
Dünən, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət
7-07-2025, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
7-07-2025, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı
7-07-2025, 13:13- DYP radarlarla bağlı müraciət yaydı
7-07-2025, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
7-07-2025, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO
7-07-2025, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
7-07-2025, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
7-07-2025, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video
5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Sentyabrın 18-i ölkəmizdə Milli musiqi Günü kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş XV musiqi festivalı bu gün başlanır və sentyabrın 28-dək davam edəcək.
Milli Musiqi Günü münasibəti ilə Bakı metropoliteni, sərnişinlərinə xoş ovqat bəxş edəcək konsert proqramı təşkil edəcək. Konsert proqramı “İçərişəhər” (10:30 - 12:00), “Sahil” (11:30-13:00), “28 May” (12:30-14:00), “Elmlər Akademiyası” (13:30-15:00) stansiyalarında təqdim olunacaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təqdim etdiyi parçalar əsasında tərtib edilərək, Musiqi günü və keçirilən festivala həsr olunmuş musiqi proqramının metro stansiyalarında səsləndirilməsinə başlanılıb. Proqrama Üzeyir Hacıbəyovun 11 əsərindən parçalar daxil edilib. Dahi bəstəkarın yaradıcılığının məhsulu olan məşhur “Sənsiz”, “Sevgili canan”romansları, “Koroğlu”.”Arşın mal alan” operalarından uvertüra, “Arazbarı”, “Aşıqsayağı”, ”Cəngi”əsərləri, “Koroğlu” operasından Koroğlunun ariyası, “Çənlibel” xoru, “Leyli və Məcnun” operasından “Qızlar” və “Şəbi hicran”xorundan ibarət proqram günün sonuna qədər yayımlanacaq.
Proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, folklor nümunələri salınıb.