Bu gün, 11:00- Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
Bu gün, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
Bu gün, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət
Dünən, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Dünən, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı
Dünən, 13:13- DYP radarlarla bağlı müraciət yaydı
Dünən, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
Dünən, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO
Dünən, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
Dünən, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Dünən, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video
5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Milli Məclisin deputatlarının seçicilərlə hər görüşü, müəyyən mənada hesabat xarakteri daşıyır ki, bu da seçici – deputat münasibətlərini daha da səmimiləşdirir.
“İki sahil” xəbər verir ki, sentyabrın 5-də Milli Məclisin deputatı Səbinə Xasayeva ilə Xocasən yeni yaşayış məhəlləsində səyyar qabul da bu xarakterli oldu. Səyyar görüşdə 30-a qədər şəhid ailəsi və qazi iştirak etdi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Aparatın və MKTB-nin məsul şəxsləri, bələdiyyənin və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbərləri iştirakı ilə keçirilən bu qəbul qarşılıqlı inama, etimada əsaslandı.
Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan, onların məişət şəraitinin yüksəldilməsi istiqamətində görülən işlər barədə vətəndaşlara məlumat verdi. İcra başçsının müavini ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Milli Məclisin deputatı Səbinə Xasayeva 12 şəhid və qazi ailəsini dinlədi.
Belə dinləmələrdə konkret məsələlər qaldırılır ki, bunların da əksəriyyəti ümumi problemləri əhatə edir. Bu qəbulda seçicilər yaşayış məhəlləsində abadliq işlərinin aparılmasına, sakinlərin və uşaqların asudə vaxtlarının səmərəli keçirmələri üçün istirahət parkının salınmasına, yaşayış mənzillərinin sənədləşdirilməsinə, xeyir-şər yerinin tikintisinə, tibb məntəqəsi, aptek açılmasına, polis məntəqəsinin fəaliyyət göstərməsinə, bir neçə il öncə tikintisi tam başa çatmış uşaq bağçasının açılmasına, “Beynəlxalq bank”ın və “Kapitalbank”ın terminallarının qoyulmasına, ictimai nəqliyyat üçün qapalı dayanacağın qurulmasına, 155 nömrəli marşrut xəttinin fəaliyyətinin yaxşılaşdırılmasına, 20 yanvar metro stansiyasından yaşayış massivinə yeni marşrut açılmasına, yaşayış binalarının zirzəmilərinə su axınının qarşısının alınmasına, zirzəmilərin və binaların ətraflarının dezinfeksiya olunmasına, yaşayış ərazisindən sahibsiz heyvanların yığışdırılmasına, bəzi yerlərdə dağılmış asfalt örtüyünün bərpasına, yolların işıqlandırılmasına, telefon xəttinin çəkilməsinə, nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin məhdudlaşdırılması, bədbəxt hadisələrin qarşısının alınması üçün yol işarələrinin, radarların, maneə zolaqlarının quraşdırılmasına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşları narahat edən problemlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatlara müraciətlər edildi.
Milli Məclisin deputatı Səbinə Xasayeva qəbulda iştirak edənləri əmin etdi ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğısı həm deputat kimi, həm də vətəndaş kimi bundan sonra daha da artacaq, dövlətin bu istiqamətdə siyasətinin bundan sonra da sədaqətli icraçısı olacaqdır.
Qəbulda iştirak edənlər göstərilən diqqətə, səmimiyyətə görə minnətdarlıqlarını bildiriblər, qaldırılan məsələlərin tezliklə həll olunacağına əminliklərini vurğulayıblar.