Anons

Bu gün, 11:00-  Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...

Bu gün, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?

Bu gün, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

Dünən, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Dünən, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Dünən, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

Dünən, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Dünən, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

Dünən, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Dünən, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Dünən, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Haqqımızda Əlaqə

Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin hamisi idi

Tarix:29-08-2023, 10:03

Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin hamisi idi
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərin milli-mənəvi dəyərlər əsa­sın­da formalaşmasını tövsiyə edən, bunu dövlət üçün prioritet məsələlər sırasına çıxardan böyük tari­xi şəxsiyyət Heydər Əliyev bu siyasəti müstəqilliyin mühüm tərkib hissələrindən biri hesab edirdi. Dünyaduyumu milli-mənəvi dəyərlər əsasında formalaşan gənclik dövlətçiliyin səda­qət­li əsgəri olur, həm də vətəndaşlıq borcunun fəlsəfi mahiyyətini həssaslıqla dərk edir. Ulu Öndər 1993-cü il sentyabrın 22-də Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə gö­rü­şdə demişdi: “Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbay­can xal­qı bir mil­lət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gedə bilsin, dünya mil­lətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun”.

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra respublikada hakimiyyət boş­lu­ğu, səriştəsizlik, əsassız qarşıdurmalar kəskin siyasi böhran yaratmışdı ki, bu da dövlətçi­li­yin itirilməsi həddinə çatdırılmışdı. Belə bir şəraitdə xalq, bu sıradan gənclər ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

Həmişə azərbaycançılıq qüruru ilə ya­şayan Ulu Öndər xalqın dəvəti ilə hakimiyyətə qayıtdı. Azərbaycanın dövlətçiliyi xilas edildi. Digər sahələrdə olduğu kimi, milli-mənəvi də­yər­lərin qorunmasında da dövlət səviyyəsində tədbirlər həyata keçirildi. Belə tədbirlər sıra­sın­da gənclərin vətənpərvərlik duyğularının daha da inkişaf etdiril­mə­si də vardı. Ulu Öndər 1997-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunda nitqində dedi: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir.”. ”Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbay­canlıyam” deyən Ulu Öndər həmin Forumun birinci ildönümü münasibətilə forum nümayən­də­lərinin bir qrupu ilə görüşündə böyük əminliklə demişdi: "Mil­li, mənəvi, ümum­bə­şəri də­yərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənc­ləri­mizin mənəvi kodeksini təşkil etməlidir.”

Ulu Öndərin gənclərə inamı dövlətçiliyə inam idi, gənclərin dövlətçiliyə sevgisinə inamı dövlətçiliyin əbədiliyinə inam idi. Bu inam, bu əminlik Azərbycana sevgi idi. Ulu Öndə­rin bu sevgisinin, bu sevgiyə görə bu inamın ifadəsi olan “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər” fikirləri sabahlar üçün deyil­miş­di. Azərbaycan gəncliyi Ulu Öndərin – Azərbaycan dövlətçiliyinin, Azərbaycan gəncliyinin hamisi olan dahi tarixi şəxsiyyətin inamını həyat fəlsəfəsi bilirdi, bunu həyat fəlsəfəsi kmi yaşadırdı.

Böyük tarixi şəxsiyyət Azərbaycan Respublikasının Prezidenti kimi 2000-ci il dekabrın 29-da Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində demişdi: “Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbir­ləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gə­rək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır ol­sun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir”.

Azərbaycan gəncliyi Ulu Öndərin istəyini gerçəkləşdirir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrini əsl azərbaycançılıq sevgisi ilə yerinə yetirir. Heydər Əliyev dühasına sədaqətin davamı kimi...

Səbinə Xasayeva,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...