Anons

Bu gün, 11:00-  Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...

Bu gün, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?

Bu gün, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

Dünən, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Dünən, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Dünən, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

Dünən, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Dünən, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

Dünən, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Dünən, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Dünən, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Haqqımızda Əlaqə

Peşə bayramınız mübarək, əziz sərhədçilər!

Tarix:15-08-2023, 20:32

Peşə bayramınız mübarək, əziz sərhədçilər!
Sərhəd Vətənin hüdudlarıdır. Hüdudları qorumaq Vətəni qorumaqdır...

Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunduqdan sonra bü­tün vacib strukturlar yara­dıl­dı, dövlət rəmzləri bərpa edildi, müxtəlif dövlətçilik təsisatları fəaliy­yə­tə başladı. Dünya dölətlərinin çox böyük əksəriyyətinin tanıdığı Azərbaycan Respub­li­kası in­ki­şaf yoluna qədəm qoydu.

Ermənistanın ərazi iddiası ilə başlayan ədalətsiz (işğalçılıq) müharibəsi də yeraltı, yerüstü sər­vətlərlə zəngin olan bu qüdrətli dövlətin inkişafını ləngidə bilməzdi, ləngidə bilmədi də.

Ermənistan sülh danışıqlarından yayınır, regionda mövcud status-kvonu saxlamaq istə­yir­di. Azərbaycan Respublikasının Prezidenti cə­nab İlham Əliyev qətiyyətlə bildirmişdi ki, Azər­bay­can dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan ver­mə­yəcək. Bu qətiyyət işğalçıya xəbərdarlıq idi...

Azərbaycanda müharibə şəraitində də vacib dövlətçilik strukturları yaranırdı. Xalqımızın ümummilli lideri Heydər Əlliyev 2000-ci il avqustun 16-da “Azərbay­can Respublikasının Mil­li Təh­lü­kəsizlik Nazirliyi Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Bu sərəncam Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təza­hü­rü kimi dövlət sərhədlərinin daha mə­suliyyətlə, Vətənə daha böyük sədaqətlə qorunmasının zə­manəti oldu.

Ulu Öndər Heydər Əliyevin sərhəd qoşunlarının formalaşdırılması baxımından imzaldığı qə­rar­­lar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. 2002-ci il iyulun 31-də Ulu Öndər Heydər Əliyevin sərhəd qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən çıxarılması və onun bazasında dövlət Sərhəd Xidmətinin yaradılması barədə imzaladığı fərman sər­hədçilərimizin fəaliyyətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və dövlət sər­həd­lərimizin mühafizə sisteminin daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli oldu.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan Ulu Öndər Heydər Əliye­vin milli sərhəd siyasətini uğurla davam etdirərək Dövlət Sərhəd Xidmətinin maddi-texniki baza­sı­nın gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəratin yaradılması, pe­şə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, Sərhəd Qoşunlarının inkişaf etdi­rilib möhkəmləndirilməsi üçün mühüm qərarlar qəbul etmişdi. Azərbaycan Respublikasının Pre­zi­denti cənab İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə 2007-ci il 12 iyun tarixli sərəncamı da diğər sərəncamları və qərarları kimi sərhəd xidməti sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2009-cu ildə cənab Prezident İlham Əliyev Dövlət Sər­həd Xidməti Akademiyasının açılışındakı çıxışında qeyd etdi ki, ”Lazım gələn anda bütün hər­bi qurumlar bir yumruq kimi hərəkət edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək“.

İkinci Qarabağ müahribəsində sərhədçilər də qətiyyətlə, cəsarətlə döyüşdü. Onlar neçə-neçə yaşayış məntəqəsini düşməndən azad etdi. Xocavəndin işğaldan azad edilməsi ilə çox qə­dim mədəniyyət abidəsi – dünyada ən qədim insan məskənlərindən biri olan Azıx ma­ğa­rası da azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il oktyabrın 9-da Xoca­vənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə ermənilərin Azıx mağarasında tö­rət­diyi vəhşiliklər haqqında dedi: “Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar...”.

Cəbrayıl rayonunda yerləşən neçə yüzilliklərin nişanəsi olan Xudafərin körpüsünü də, ət­raf əraziləri də sərhədçilər böyük peşəkarlıqla azad etdi...

18 avqust Sərhəd Qoşunlarının peşə bayramı günüdür.

Sərhəd Qoşunlarının şəxsi heyəti dövlət sərhədlərimizi dövlətə, dövlətçiliyə böyük səda­qət­lə qo­ruyur. Bizim hər birimizin vətəndaşlıq borcumuz məhz Sərhəd Qoşunları əməkdaş­la­rı­nın xidmə­ti­nin davamıdır – biz də Vətəni qoruyuruq, Vətənə sevgimizlə, vətəndaşlığımızla, Vətəni qoruyanlara sevgimizlə.

Peşə bayramınız mübarək, əziz sərhədçilər, siz Vətənin hüdudlarını qorumaqla Vətəni qoruyursunuz!

Səbinə Xasayeva,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...