Anons

Bu gün, 11:00-  Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...

Bu gün, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?

Bu gün, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

Dünən, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Dünən, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Dünən, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

Dünən, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Dünən, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

Dünən, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Dünən, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Dünən, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Haqqımızda Əlaqə

Havanın temperaturuna görə ölkədə işlər təxirə salına bilər?

Tarix:14-08-2023, 11:35

Havanın temperaturuna görə ölkədə işlər təxirə salına bilər?
Bir neçə gündür ki, ölkə ərazisində kəskin istilər müşahidə olunur. Ölkəmizdə açıq şəraitdə, günün altında işləmək məcburiyyətində qalan xeyli insan var. Bəzi açıq havada çalışan, iş yerlərində açıq havada işləyənlərə güzəşt edilmir. İsti hava şəraiti günvurmalara səbəb olur.

Əmək qanunvericiliyinə görə belə hallar necə tənzimlənir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bildirir ki, havanın temperaturunun 41 dərəcə Selsidən çox olan hava şəraitində əmək qanunvericiliyin tələblərinə əsasən işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir.

Qeyd olunub ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...