Anons

Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Haqqımızda Əlaqə

Azərbaycan Ordusunun gücü, qüdrəti daha da artacaq

Tarix:26-06-2023, 11:56

Azərbaycan Ordusunun gücü, qüdrəti daha da artacaq İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycanda ordu quru­cu­­­lu­ğu­nun yeni mərhələsi başladı. Ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloiji ha­zır­lı­ğının daha da yüksəldilməsi istiqamətində dünyanın aparıcı dövlətlərinin də təcrü­bə­lə­rindən bəhrələnilir. Ordumuz indi Türkiyə modeli əsasında formalaşmaqdadır.

Vətən mühribəsində Xüsusi Təyinatlı qüvvələr böyük şücaətlər göstərdi. Neçə-neçə mə­su­liyyətli hərbi əməliyyatı məhz bu qoşun qismi yerinə yetirdi.

Azərbaycan ordusunda yeni qoşun növü olan Komando Qüvvələri yaradılır ki, bu da Si­lah­lı Qüvvələrin qüdrətinin yüksəldilməsini təmin edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari il iyunun 23-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışında bu mühüm proses haqqında da danışdı.

Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər müşahidə edilir. Bu­nun­la bir sırada Ermənistanda revanşist qüvvələr də fəaliyyətini açıq müstəviyə keçirmək niy­yə­tindədir. Bunları nəzərə alındığına görə Ordumuzun daha da gücləndirilməsi dövlət üçün ən başlıca vəzifələrdən biridir. Dövlətimiz bunu müxtəlif üsul və vasitələrlə yerinə yetirir.

Azərbaycan Ordusunda silahlanma prosesi silahlanmaya yeni növ silahların, uçuş apa­rat­larının, atıcı silahların daxil edilməsi ilə davam etdirilir. Bu istiqamətdə bir sıra müqa­vi­lə­lər imzalanıb. Azərbaycana yeni pilotsuz uçuş aparatları, uzaqmənzilli raketlər gətirilir.

Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb, bu artım davam edir. Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin tərkibi xeyli genişlənib. Bu, ərazimizin daha etibarlı səviyyədə müda­fiə, mühafizə edilməsini təmin edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşa­dıq­ları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: “Azər­bay­canın şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərtimiz odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarıl­ma­lı­dır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bu da icra edilmir”.

Dünya ictimaiyyətinin artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda geniş quruculuq işləri get­di­yi­ni, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıtdığını, Azərbaycanın Ermənistanla sər­həd boyunca əlverişli mövqelərə malik olduğunu da qeyd edən Azərbaycan Respublikasının Prezidenti qürurla bildirdi ki, biz indi Komando hərbi hissələrinə malikik.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışı bir əminliklə tarixləşdi: Azərbaycan Ordusu güclüdür, gücü, qüdrəti daha da artacaqdır...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...