Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video
5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Böyük tarixi şəxsiyyətlərin dediyi fikirlər tarixdə kəlam kimi yaşadılır. Bu kəlamlar bəşəriliyin kəlamlarıdır. Ən böyük azərbaycanlı olan böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafına, tanınmasına, təbliğinə böyük diqqət yetirirdi. Bu diqqət Azərbaycana xidmət idi.
Ulu Öndərin təşəbbüsü və rəhbərlyi ilə “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi təntənə ilə qeyd edildi. Bu tədbir təsdiqlədi ki, ilk yazılı ədəbiyyatımıza bu səviyyədə sevgi sonrakı dövrləri də əhatələyəcək. Əhatələmişdi də...
Böyük tarixi şəxsiyyət Nizamidən Nizamişünas kimi, Füzulidən Füzulişünas kimi, Nəsimidən Nəsimişünas kimi, ... söz açır, onların yaradıcılığından ədəbiyyatşünas kimi danışır. “Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır” - fikri dahi Nizami Gəncəviyə sevgini ifadə etməklə bir sırada bu sevgiyə tarixi şəxsiyyət qürurunu da ifadə edir. Bu qürur da tarixi qürurdur. Eyni münasibət Ulu Öndərin Füzuliyə münasibətində də var, Füzuiyə aid fikrində də: “Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir”, “Məhəmməd Füzuli Azərbaycan xalqının böyük şairi, alimi, filosofu olaraq, eyni zamanda bütün türkdilli, türksoylu xalqlara, bütün türk, İslam dünyasına mənsubdur”, “Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir”, “Biz Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən tanıtdıq”.
Dahi tarixi şəxsiyyət Azərbaycan poeziyasını sevirdi, bu poeziya onun duyğularını həyatla daha ruhi tellərlə bağlayırdı. Səməd Vurğunun “Azərbaycan” şeirini böyük sevgi ilə, emosianallıqla deyən dahi insan şairin özü haqqında belə deyib: “Səməd Vurğun şerinin böyüklüyü, eyni zamanda gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı. Səməd Vurğunun şeiri bu gün də müasirlərimizə, gənc nəslə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir, onlara Vətəni, milləti, torpağı sevməyi öyrədir”.
Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirməsi dahi insanın təkcə Hüseyn Cavidə deyil, ümumən Azərbaycan ədəbiyyatına böyük sevginin təzahürüdür. Bu sevgi tarixi kəlamlarla tarixləşib: “Azərbaycan xalqı Hüseyn Cavidi çox yüksək qiymətləndirir və onun irsi əsrlər boyu yaşayacaqdır. Onun iradəsi, onun milliliyi və yaradıcılığının özünəməxsus xüsusiyyətləri gələcək nəsillər üçün də böyük örnək olacaqdır”.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev dramaturq Mirzə Fətəli Axundzadə haqqında hansı sevgilərlə söz açırdısa, şair-filosof Məhəmmədhüseyn Şəhriyar haqqında da həmin sevgilərlə söz açır, Süleyman Rüstəmi, Bəxtiyar Vahabzadəni, Mirvarid Dilbazini də həmin sevgilərlə xatırlayır...
Böyük tarixi şəxsiyyət Azərbaycan xalqının tarixi şəxsiyyətləri haqqında tarixi fikirlər deyib. Rəssam Səttar Bəhlulzadə, bəstəkar Asəf Zeynallı, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, dirijor Niyazi, müğənni Bülbül, sərkərdə Şah İsmayıl Xətai, akademik Yusif Məmmədəliyev və başqaları haqqında dediyi fikirlər tariximizdə tarixən qalacaqdır.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycanı sevirdi, azərbaycan ədəbiyyatını, incəsənətini, mədəniyyətini, elmini çox yüksək dəyərləndirirdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı