5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Gədəbəydə qadına qarşı xüsusi vasitə istifadə edən polisin əməlinə hüquqi qiymət veriləcək
Bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenatı Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsilə bağlı 2 aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb.
"Ancaq bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar.
"Təəssüf ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcəkdir.
Vətəndaşlara yaxşı məlumdur ki, əsasən Bakı şəhərində qanunsuz aksiya cəhdlərində iştirak edən qadınların polis əməkdaşlarının ünvanına səsləndirdiyi nalayiq ifadələr, hüquqazidd hərəkətləri ilə bağlı çoxsaylı faktlar var və bunlar jurnalistlər tərəfindən çəkilib, yayılıb. Orada da aşkar görünür ki, polis əməkdaşları həmin qadınlara qarşı yüksək təmkin və intizam nümayiş etdiriblər.
Dəfələrlə olub ki, polis əməkdaşları Azərbaycan qadınına yaraşmayan hüquqazidd hərəkətlərə məruz qalsa da həmin qadınlara qarşı hər hansı xüsusi vasitə tətbiq edilməyib, yaxud cəza verilməsi ilə bağlı məsələ qaldırılmayıb", - E.Hacıyev deyib.