Anons

Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

ŞANLI CÜMHURİYYƏT-105 GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR

Tarix:28-05-2023, 13:49

ŞANLI CÜMHURİYYƏT-105 GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR
1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk dəfə olaraq respublika üsul-idarəli, demokratik Azərbaycan Cümhuriyyəti qurulduqdan az sonra hökumət Gəncədən Tiflisə köçdü və bura müstəqil dövlətin ilk mərkəzi şəhəri oldu. Bu ərəfədə Bakıdan idarə olunan bolşevik-daşnak qüvvələri bütün güclərini birləşdirib yenicə qurulan milli dövləti ele Gəncədə ikən məhv etmək, yerli müsəlman əhaliyə qarşı növbəti soyqırım həyata keçirmək üçün 1918-ci ilin iyununda Göyçay istiqamətində hücuma keçdilər. Bundan sonra qardaş Türkiyə ilə 4 iyun 1918-ci ildə bağlanmış Batum müqaviləsinə əsasən Qafqaz İslam Ordusu Azərbaycana gəldi. 1918-ci il 23 iyunda baş nazir Fətəli xan Xoyski respublikanın bütün ərazisində hərbi səfərbərlik elan etdi. Nuru paşa və general Əliağa Şıxlinski şəxsən yaşayış məntəqələrini gəzərək əhalini vətənin düşməndən müdafiə etməyə çağırırdılar. Qısa zaman ərzində toplanan 7 minlik Azərbaycan korpusu Qafqaz İslam Ordusu tərkibində tarix yazmağa başladı.
Göyçay döyüşünə kimi isə hadisələr Kürdəmir istiqamətində cərəyan edirdi. 12 minlik bolşevik-dasnak ordusu 10 iyun 1918-ci ildə Hacıqabulu, 11 iyunda isə Sığırlı stansiyasını işğal etdi. Bundan sonra isə Qaraməryəm Kürdəmir istiqamətində qanlı döyüşlərdə düşmən geri çəkilməyə başladı. 27 iyunda səhər tezdən Göyçay Qaraməryəm yolu boyunca bolşevik-daşnakların qarşısı alındı, eyni zamanda Bığır istiqamətində irəliləyən düşmənin hərəkəti günorta saatlarında dayandırıldı. Göyçay döyüşünün çətinliyi həm də yayın istisində dözülməz susuzluq idi. Qəhrəmanlıq yazan türk-azərbaycanlı əsgər və zabitlər susuzluq və aclıqdan əziyyət çəkmələrinə baxmayaraq başladıqları şərəfli işi sona qədər layiqincə yerinə yetirdilər. 27-30 iyun arasında Göyçay və Qaraməryəm ətrafında baş verən qanlı döyüşlər milli qüvvələrin qələbəsi ilə başa çatdı. 1 uyulda isə Göyçay altındakı döyüşdə bolşevik- daşnak qüvvələrinin Gəncəyə yürüşünün qarşısı alındı, Qafqaz İslam Ordusunun Bakı istiqamətində hərəkəti başlandı. İyulun 10-dan 11-nə keçən gecə Həbib bəy Səlimovun komandanlığına tabe olan hərbi hissə Kürdəmiri işğaldan azad etdi və Bakıya doğru yol açıldı. Qazanılan uğurlar isə Qafqaz İslam Ordusu, onun tərkibindəki Azərbaycan korpusunun komandanları: Nuru paşa, Ənvər paşa, Mürsəl paşa, Nazim paşa, general Əliağa Şıxlinski, podpolkovnik Həbib bəy Səlimov və digərlərinin son dərəcə peşəkarlığı və qətiyyəti, eyni zamanda türk- azərbaycanlı zabit və əsgərlərin qəhrəmancasına şəhid olmaları sayəsində əldə edildi.
Göyçay zəfərinin tarixi əhəmiyyəti olduqca böyükdür. Qazanılmış qələbə müstəqilliyin beşikdəcə boğulmasının qarşısını almaqla yanaşı, həm də Bakının azad qurtuluşu və Cümhuriyyətin dünya dövlətləri tərəfindən tanınmasının əsasını qoydu. Ən əsası xalqın vətənpərvərlik hissini və mübarizlik, döyüş ruhunu özünə qaytardı.

Rasim Rzaxanov
AMK nəzdində Musiqi Kolleciinin müəllimi
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...