Anons

Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

TƏBİB-in tabeliyindəki RDZM-də "Heydər Əliyev və müasir səhiyyəmiz"adlı tədbir keçirilib

Tarix:8-05-2023, 13:54

TƏBİB-in tabeliyindəki RDZM-də "Heydər Əliyev və müasir səhiyyəmiz"adlı tədbir keçirilib
Bu gün TƏBİB-in tabeliyindəki Respublika Dəri Zöhrəvi Mərkəzində "HEYDƏR ƏLİYEV İLİ" çərçivəsində "Heydər Əliyev və müasir səhiyyəmiz" adlı geniş tədbir keçirilib. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ulu Öndərin xatirəsini yad etdikdən sonra RDZM-in direktoru Müşviq Zeynalov tədbiri açıq elan edərək, dünya miqyaslı dahi siyasətçi Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti barəsində ətraflı məlumat verdi. O qeyd etdi ki, Heydər Əliyev bəşər tarixində özünəməxsus siyasi dəst-xətti, idarəçilik üslubu və yaradıcılıq əzmi olan böyük şəxsiyyətlərdən biridir. Müasir Azərbaycan dövlətçiliyi müstəsna olaraq Heydər Əliyevin adıyla bağlıdır. O, bu dövlətin formalaşmasına bilavasitə rəhbərlik etmiş, onun həm ideya müəllifi, həm memarı, həm də qurucusu olmuşdur. Onun böyük uzaqgörənliklə həyata keçirdiyi müdrik siyasət və yüksək dövlət təşkilatçılıq mədəniyyəti dövlətimizi inkişaf yoluna çıxartdı, dövlət quruculuğu sahəsində mühüm dəyişikliklərin əsasını qoydu. Sevindiricidir ki, həmin siyasət bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir və ölkəmizin bütün sahələrində inkişaf tempi günü-gündən artmaqdadır.

TƏBİB-in tabeliyindəki RDZM-də "Heydər Əliyev və müasir səhiyyəmiz"adlı tədbir keçirilib

Daha sonra çıxış üçün söz alan RDZM-in əməkdaşı Səbirə Axundova 90-cı illərdə mövcud olan ictimai-siyasi vəziyyətə diqqət çəkərək dövlət böhranı ilə üzləşmiş respublikamızın məhz, xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin siyasi təcrübəsi sayəsində məhv olmaqdan xilas olduğunu vurğuladı. Hakimiyyətin sükanı arxasında əyləşən Heydər Əliyev dövlət quruculuğu problemləri ilə müntəzəm məşğul olaraq ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. RDZM-in digər əməkdaşları Sevil Yusifova, Arzu Tağıyev, Sabit Məmmədov və digərləri Azəraycanda səhiyyənin inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edərək qeyd ediblər ki, peşəkar və bacarıqlı tibb işçilərinin hazırlanması Ulu Öndərin daima diqqət mərkəzində olub. İstər SSRİ zamanında, istərsə də müstəqillik illərində savadlı tibbi kadrların xaricdə təhsil alaraq yetişmələrində Heydər Əliyevin böyük xidmətləri var. Müasir tələblərə cavab verən tibb ocaqlarının yaradılması, onların Avropa standatlarına uyğun avadanlıqlarla təchiz olunması məhz Heydər Əliyevin sayəsində dövlətin prioritet sahəsinə çevrilmişdir. Tədbir iştirakçıları dövlətin tibb sahəsinə ayırdığı diqqət və qayğıdan razılıqlarını ifadə edərək bundan sonra da, fəaliyyətlərində Heydər Əliyev ideyalarına sadiq qalacaqlarını və bu ideyaları daim yaşadan dövlət başçısı İlham Əliyevin siyasətinə dəstək verəcəklərini vurğuladılar.

TƏBİB-in tabeliyindəki RDZM-də "Heydər Əliyev və müasir səhiyyəmiz"adlı tədbir keçirilib
TƏBİB-in tabeliyindəki RDZM-də "Heydər Əliyev və müasir səhiyyəmiz"adlı tədbir keçirilibскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...