Bu gün, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
Bu gün, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
Bu gün, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
Bu gün, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
Bu gün, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dost və qardaş Türkiyə ilə münasibətlərimiz günbəgün daha da möhkəmlənir. Cənab Prezidentimiz İlham Əliyevin və qardaş Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın tez-tez qarşılıqlı rəsmi və işgüzar səfərləri bunun bir daha sübutudur. Qarşılıqlı etimada əsaslanan səmimi münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
Bir neçə gün öncə-aprel ayının 29-da cənab Prezidentimiz İlham Əliyevin İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalındaiştirakı tarixin yaddaqalan səhifələrindən birinə çevrildi. Bugün münasibətlərinin zirvəsini yaşayan Türkiyə-Azərbaycan münasibətləri dünya üçün ölkələrin bir-birinin uğuruna sevinərək və dəstək verərək inkişaf yolunda ola bilməsinin bir nümunəsidir. Günümüz reallıqlarını, dünyada baş verən mürəkkəb geo-siyasi prosesləri nəzərə alsaq, tariximizin və münasibətlərimizin nə qədər qürurverici mərhələsində olduğumuzu bir daha dərindən dərk edirik.
Qardaş ölkənin, xüsusən, son illərdə həyata keçirdiyi siyasət onun istər regionda, istərsə də dünyada rolunu və nüfuzunu müntəzəm olaraq gücləndirir. Türkiyənin siyasi və iqtisadi qüdrəti, həm də onun müttəfiqlərinin gücü deməkdir. Bu siyasi gücü biz Vətən müharibəsinin ilk günundən son gününədək hər anında hiss etdik. Azərbaycan da öz növbəsində qardaş ölkənin yaxşı günlərində də, çətin günlərində də hər zaman yanındadır. “TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin faciəli zəlzələnin baş verdiyi Kahramanmaraşda inşa edəcəyi min ev, məktəb və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin təməlinin qoyulması bu fikrin bir daha təsdiqidir.
Bugün Türkiyə-Azərbaycan münasibətlərinin yüksək inkişaf xəttindən danışarkən, dövlət başçıları səviyyəsində güclü siyasi iradənin göstərilməsi ilə yanaşı,cəmiyyətin hər bir fərdinin buna böyük maraq nümayiş etdirdiyini də vurğulamaq lazımdır. Xüsusilə, bir neçə gün öncə, İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında türk idmançılarının qələbələrini Azərbaycana həsr etməsi, cənab Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın onları qəbul etməsi, idmançıların “Tərəqqi” medalı ilə təltif edilmələri hər birimizə qürur yaşatdı və bu qardaşlığın sarsılmaz olduğunu nümayiş etdirdi.
Bugün Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olması, sadəcə ölkələrimiz üçün deyil, eyni zamanda regionumuz üçün sülh, sabitlik və daha xoşbəxt gələcək vəd edir.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı