Anons

Bu gün, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Haqqımızda Əlaqə

Xalqın inamı dünyəvi inamdır, sevgisi dünyəvi sevgidir

Tarix:10-04-2023, 16:08

Xalqın inamı dünyəvi inamdır, sevgisi dünyəvi sevgidir
Tarixi şəxsiyyətlər tarixin inkişafını xalqının, dövlətin daha nurlu sabahlarına yönəldə bilir. Belə tarixi şəxsiyyət olan Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab llham Əliyev də döv­lətimiz, dövlətçiliyimiz üçün olduqca gərəkli işlər görüb, Azərbaycanın siyasi və iqtisadi qüdrətini yüksəldib. Bu qüdrətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qü­rurla deyib: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”.

Cənab İlham Əliyevin Azərbaycanda bu və ya digər vəzifəyə təyin edilməsində ən etibarlı zəmanət onun yük­­sək ali təhsili, geniş erudisiyası, azərbaycançılıq ideoligiyasına sədaqəti, hadisələr arasında mən­ti­qi bağlılıq görmə qabiliyyəti, dövlətçilik tariximizə, böyük tarixi şəxsiyyət Heydər Əliyevin rəhbər­lik istedadına bələdliyi olub.

Xalq 2003-cü ildə cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçmişdi. Cənab İlham Əliyev Azərbycanın dünya dövlətləti arasında siyasi nüfuzunun yüksəldilməsi, ikitərəfli, çoxtərəfli əlaqələrin genişləndirilməsi, dövlətin iqtisadi qüdrətinin yüksəldilməsi üçün böyük tarixi işlər gör­müş­dü. Bu dövrdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən danışıqlarla çıxarılması üçün siyasi təşəbbüslər göstərmişdi, dünya dövlətlərinin bu təşəbbüsləri dəstəkləməsinə çalışmışdı. Er­mə­nis­tan danışıqlardan yayınırdı, regionda mövcud status-kvonu saxlamağa çalışırdı.

Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar prezident seçkilərinin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdi.

Belə bir şəraitdə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki oldu. 2018-ci ilin seçki marafonunda 8 namizəd iştirak etdi. 2018-ci ilin Prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74.3 faizi iş­ti­rak etdi. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Azərbaycan seçi­ci­lərinin mütləq əksəriyyəti – 86 faizindən çoxu cənab İlham Əliyevə səs verdi, cənab İlham Əliyev Azərbaycan Res­pub­likasının Prezidenti seçildi.

2003-2018-ci illər müstəqil Azərbaycanın tarixində mərhələ oldu. Bu illərdə tariximizə möh­tə­şəm iqtisadi yüksəliş dövrü kimi daxil olub: ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə, regionlarda ümumi məhsul buraxılışı 3,6 dəfə artıb, 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib, işsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məc­bu­ri köçkün mənzillə təmin olunub.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin iri miqyaslı təxribatlar törətmək niyyətli hücumunun qarşısı qətiyyətlə alındı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əmə­liy­ya­tı başladı. Bu, İkinci Qarabağ müharibəsi idi. İkinci Qarabağ müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə Zəfərlə başa çatdı, 28 il çəkən işğala son qoyuldu. Azərbaycan Res­pub­likasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlanıldı. Xalq İkinci Qarabağ müharibəsində Ali Baş Komandanının ətrafında necə birləşmişdisə, böyük quruculuq işlərində də həmin səviyyədə birləşib. Quruculuq işləri də zəfərlə başa çatdırılacaq...

2018-ci il 11 aprel prezident seçkilərində xalqın düzgün, qərarlı mövqeyi Azərbay­ca­nın gələ­cə­yini bu səviyədə təmin etdi. Xalq Prezidentinə inanır, güvənir. Bu inam, bu güvənc, bu sevgi dün­yə­vi inamdır, dünyəvi güvəncdir, dünyəvi sevgidir...

Səbinə Xasayeva,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...