28-05-2023, 13:49- ŞANLI CÜMHURİYYƏT-105 GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR
26-05-2023, 19:30- Yaşadılan, yaşayan tarix – 28 may
26-05-2023, 16:00- Kahramanmaraşda növbəti ZƏLZƏLƏ
26-05-2023, 15:36- Qəbələdə ağır qəza olub, 15 nəfər xəsarət alıb
26-05-2023, 15:09- Defektoloq-loqoped Aysel Allahverdiyeva: "Fərdlərin ehtiyaclarını başa düşmək və onlara dəstək olmaq mənim üçün vacibdir"
26-05-2023, 14:43- Ermənistanda hərbi çağırışdan yayınan 45 nəfər məsuliyyətə cəlb edilib
26-05-2023, 14:11- Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrıldı - Sərəncam
26-05-2023, 13:28- Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınlarından istifadə olunacaq
26-05-2023, 13:00- Sabah hava necə olacaq?
26-05-2023, 12:35- Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi
26-05-2023, 12:07- Azərbaycan Prezidenti Salome Zurabişvilini təbrik edib
26-05-2023, 11:42- Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb
26-05-2023, 11:19- Bakıda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir
26-05-2023, 10:51- AQTA satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb
26-05-2023, 10:23- İlon Maskın şirkəti çiplərin insanlara implantasiyasını sınaqdan keçirmək üçün icazə alıb
25-05-2023, 17:09- Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub
25-05-2023, 16:44- Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edir - CANLI
25-05-2023, 16:18- Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
25-05-2023, 15:52- Cəlilabadda itin dişlədiyi uşaq ölüb
25-05-2023, 15:26- Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq
“ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində “zərərçəkmiş” şəxslər qismində Əli Quliyev və Azər Cəfərov dindirilib.
Əli Quliyev ifadəsində bildirib ki, Aqil Babayevi tanımazdən əvvəl də namaz qılıb, bir sıra tanınmış ilahiyyatçılarla sıx əlaqəsi olub. Lakin həmin ilahiyyatçıların heç biri onun dini mövzuda sullarını cavablandıra bilməyib. A.Babayev isə bu suallara geniş izah verdiyi üçün bir din adamı kimi ona hər zaman inanıb.
Ə.Quliyev deyib ki, Aqil Babayevlə 2013-cü ildə qohumu Emin Həsənov vasitəsilə tanış olub. Lakin tanıdığı müddətdə onun hər hansı möcüzəvi əmlinin şahidi olmayıb. Bununla belə, din adamı kimi ona etimad göstərdiyi üçün, hər ay 150 manat olmaqla, 8 il ərzində 14 min 400 manat zəkat verib.
“Zərərçəkmiş” şəxs onu da deyib ki, A.Babayevi tanıdığı müddətdə onun heç bir pis əməlinin şahidi olmayıb, əksinə, yaxşı insan kimi tanıyıb.
Vəkil Eldəniz Quliyev Əli Quliyevə sual verib ki, bəs, “Aqil Babayev tərəfindən aldadıldığını” nə vaxt və hansı hadisəyə görə bilib? O deyib ki, kompüter və televizor alveri ilə məşğul olduğundan, bir dəfə Aqil ona kompüter sifariş verib. O, həmin kompüteri Aqil Babayevə təhvil versə də, pulunu ala bilməyib. “Bu səbəbdən də, məni aldatdığını bildim”, - deyə Ə.Quliyev daha sonra əlavə edib: “Məni aldatdığını Fuad Məmmədov vasitəsilə bilmişəm. Mənə dedilər ki, Aqil zəkat pullarını mənimsəyib və din pərdəsi altında saxtakarlıq edərək hamımıza yalandan imam olduğunu söyləyib”.
Əli Quliyev ifadəsində onu da deyib ki, Aqil Babyevə Ramazan aylarında fitrə, Qurban bayramında pul, ad günlərində bahalı hədiyyələr də verib: "Aqil Babayev dini söhbətləri ilə insanları ələ alırdı. Daha çox mövzular imam Mehdinin zühuru ilə bağlı idi. Onun dini savadı mənim diqqətimi çox çəkdi. Mənə dedi ki, günahlarının bağışlanması üçün zəkat verməlisən. Onun tapşırığı ilə hər ay zəkat verməyə başladım.
Bundan əlavə, Ramazan aylarında fitrə, Qurban bayramında pul, ad günlərində bahalı hədiyyələr alırdım. Aqilə 2013-cü ildən 2021-ci ilə qədər hər ay minimum 150 manat olmaqla ümumilikdə 14 min 400 manat zəkat verdim”.
A.Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını söyləyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərəçəkmiş Ə.Quliyev onunla qonşuluqda kirayədə yaşayıb: "Aramızda qonşuluq münasibətləri yarandı. Həm də Əli texnikanı yaxşı bildiyinə üçün arada onu kompüter və telefonumda problem yarananda köməyə çağırırdım. Mən ondan heç bir zəkat tələb etməmişəm. O, başqaları kimi pul toplayıb kiməsə verirdi".
Daha sonra prosesdə digər zərərçəkmiş qismində Azər Cəfərov ifadə verib. O bildirib ki, 18 yaşından ibadətlə məşğuldur: "Uşaqlıqdan bizim əqidəmizdə əhli-beyt imamlarına məhəbbət və imam Mehdinin intizarında olmaq arzusu olub. Mənim iki ali təhsilim var. Dini suallarıma əksər mollalar cavab verə bilmirdi. Sonra Aqillə məsciddə tanış oldum. Mütəmadi olaraq onun təşkil etdiyi məclislərdə iştirak etmişəm. O, məni sanki ovsunladı və bütün suallarıma istədiyim cavabı aldım. Aqil çox kasıb yaşayıb".
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri ilə zərərçəkmişlər arasında mübahisə yaranıb.
Məhkəmə aprelin 5-dək təxirə salınıb.
Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12-ci İmam” adı altında həbs ediblər.
Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.
Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.