Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Azərbaycanda mühafizə şirkəti vətəndaşları “işə düzəltmə” adı ilə aldadaraq, onlardan 180 manat pul alır.
Zirveyolu.info xəbər verir ki, bunu Sonxeber.az-a müraciət edən M.İ (ad şərtidir) bildirib.
O, qeyd edib ki, Xırdalanda yerləşən “FİLEUR Global Security Group” MMC ondan “forma pulu” adı ilə 180 manat pul alıb:
“Şirkətə müraciət edən zaman sorğuya 10 manat pul aldılar. Sorğunu götürən xanım söylədi ki, 10 manat ödənişi etməsəm, adımı qeyd eməyəcək. Əslində heç aidiyyəti olmayan bir şeydir. Ondan sonra mənə dedilər ki, formaya 170 manat pul ödəməliyəm. 170 manat pulu ödəyəndən sonra lazım olan sənədləri toplamaq üçün mənə siyahı verdilər. Mən siyahıdakı sənədləri toplayıb təqdim etdikdən sonra uzun müddət keçsə də, onlardan bir xəbər çıxmadı.
Yenidən şirkətlə əlaqə saxladım. Dedilər, guya adımı qeyd ediblər. Lakin hesab edirəm ki, mən ödəniş etsəm də, onlar adımı qeyd etməyiblər. Pulumu geri istəyəndə məndən 40 manat sənədləşməyə çıxdılar, yəni cəmi 140 manat geri qaytardılar. Məni aldatdıqları azmış kimi, 40 manat pulumu da çıxdılar”.
Məsələ ilə bağlı Sonxeber.az “FİLEUR Global Security Group” MMC ilə əlaqə saxlayıb.
Şirkətdən verilən məlumata görə, onlar iş üçün müraciət edən vətəndaşlara forma təklif edirlər:
“Əgər vətəndaş imtina edərsə, o zaman ödədiyi pul geri qaytarılır. Sizə müraciət edən vətəndaş yenidən şirkətə yaxınlaşsın. Çalışacağıq ki, problemi araşdırıb həll edək”.