Bu gün, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Avropanın enerji sektorunda etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Almaniya ilə əlaqələri ildən-ilə inkişaf edərək, yüksək səviyyəyə çatıb. Ölkə Prezidentimiz cənab İlham Əliyevin Berlinə işgüzar səfəri zamanı Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü bir daha göstərdi ki, bu ölkənin dünyada öz sözünü deməyi bacaran şirkətləri Azərbaycanla yeni əməkdaşlıq əlaqələrinin yaradılmasına maraqlıdırlar. Ölkə Prezidentimiz Almaniyanın aparıcı şirkətlərinin rəhbərlərinin diqqətini bir daha Azərbaycana yönəldərək həm Xəzər dənizinin, həm İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının, həmçinin Naxçıvanın böyük enerji potensialı olduğunu qeyd edib. Yaxın vaxtlarda 500 meqavatlıq günəş-elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların atılacağını vurğulayan Prezident cənab İlham Əliyev həmçinin bildirib ki, son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu da dünya rekordu hesab oluna bilər.
İkitərəfli münasibətlərimizə çox böyük töhfə verən 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var”. Dövlət başçımızın söylədiyi bu sözlər təsdiq edir ki, Azərbaycan qazı Avropa üçün etibarlı və uzunmüddətli mənbədir.
Yerləşdiyi regionun lider dövləti olan Azərbaycan öz resursları hesabına inkişaf edir. Son iyirmi il ərzində enerji sektorunda müşahidə edilən iqtisadi artım dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq istiqamətində inkişaf edən Avropa İttifaqı ölkələri ilə ikitərəfli münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verir. Azərbaycan artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələrə başlayıb. Enerji satışından əldə etdilən vəsait hesabına nəqliyyat infrastrukturunda vacib işlər həyata keçirilir. Bərpaolunan enerji mənbələrinin böyük potensialı da xarici sərmayədarları ölkəmizə cəlb etməkdə davam edir.
Ölkə Prezidentimiz onu da vurğulayıb ki, BP Qarabağın azad olunmuş Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq. İstehsal olunacaq həmin enerji bizim enerji sistemimizə daxil ediləcək. Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir.
Ən əsası isə Prezident cənab İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü yeni əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcək.
Nurəddin İbrahimov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini