Anons

Bu gün, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Haqqımızda Əlaqə

Cinayət cəzası almış şəxs, asan xidmətdə necə vəzifə tutur

Tarix:14-03-2023, 21:09

Cinayət cəzası almış şəxs, asan xidmətdə necə vəzifə tutur
Millitv.az Korrupsiya və Qanun saytına istinadən bildirir "ASAN xidmət" mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan biridir. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən dsaymətlərin vahid və formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Mərkəzlərimizin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.

Lakin “ASAN xidmət”in sıralarına düşən “təsadüfi” adamlar bu qurumun qarşısına qoyulan vəzifələrin öhdəsindən axıra kimi gələcəyinə, cəmiyyət arasında nüfuzunu sonadək qoruyub saxlaya biləcəyinə şübhələr doğurur. Belə “təsadüfi” şəxslərdən biri də “ASAN Xidmət”in Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən 3 saylı filialının notariat xidmətində hüquqşünas vəzifəsində işləyən Əliyeva Nüşabə Akif qızıdır. O, “SSM Hüuquq-Servis” MMC-nin icraçı direktoru işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu bir qrup şəxslə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə ziyan və xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, “SSM Hüquq-Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Hacıyev Səbuhi Səxavət oğlu və qeyrisi ilə qabaqcadan əlbir olan bir şəxs halında Cəfərova Çimnaz Aydın qızının əmlakını ələ keçirmə məqsədi ilə etibarından sui-istifadə edib onu Gigiyena və Epidemiologiya Mərkəzinə işə düzəlməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 23 yanvar 2016-cı ilə tarixdə Bakı şəhəri Nizami rayonu Azadlıq prospekti 80-b saylı ünvanda yerləşən “SSM Hüquq-Servis” MMC-nin ofisində həmin dövrün məzənnəsi ilə 2408 manat təşkil edən 1500 ABŞ dolları və 1600 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs Cəfərova Çimnaz Aydın qızına ümumi 4008 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Əliyeva Nüşabə Akif qızı təkrarən “SSM Hüquq-Servis” MMC-nin icraçı direktoru işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Hacıyev Səbuhi Səxavət oğlu və qeyrisi ilə qabacadan əlbir olan bir qrup şəxs halında Ağamalıyeva Qətibə Nəriman qızının əmlakını ələ keçirmə məqsədi ilə etibarından sui-istifadə edib onun qızı Kərimova Səidə Yəhya qızını uşaq bağçasına müdirə vəzifəsinə işə düzəılməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 11 fevral 2016-cı il tarixdə MMC-nin ofisində 15020 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs Ağamalıyeva Qətibə Nəriman qızına 15020 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 1(101)-220/2018 nömrəli məhkəmə hökmü ilə Əliyeva Nüşabə Akif qızı və Hacıyev Səbuhi Səxavət oğlu AR CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Azadlıq məhrum etmə cəzası hissəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzaları şərti hesab edilmişdir. Onlara bir il sınaq müddəti təyin edilmiş, öz davranışları ilə islah olunmalarını sübut etmək vəzifələri qoyulmuşdur. Barələrində xüsusi müsadirə tətbiq edilməmişdir. Onların barəsində çıxarılmış məhkəmə hökmünün bunca humanist olması törətdikləri cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanların tam ödənilməsi, zərərçəkmiş şəxslərin sonucda onlardan şikayətçi olmaması ilə, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin onların ailələrini ciddi məhrumiyyətlərə düçar edə biləcəyi ilə izah olunmuşdur.

Göründüyü kimi, Əliyeva Nüşabə Akif qızının “şərəfli” bioqrafiyası “ASAN Xidmət”in nüfuzu, müsbət imici ilə tərs mütənasibdir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...