Anons

Bu gün, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Haqqımızda Əlaqə

Siyasi əlaqələr həm də iqtisadi əlaqələrlə möhkəmlənir

Tarix:17-03-2023, 10:43

Siyasi əlaqələr həm də iqtisadi əlaqələrlə möhkəmlənir
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Azərbaycan Respublikasının artan beynəlxalq nüfuzu onun dünyanın aparıcı dövlətləri ilə iki­tərəfli münasibətlərini daha da genişləndirir. Bu münasibətlər təkcə siyasi müstəvi ilə məhdud­laş­mır, iqtisadi, mədəni və s. sahələri də əhatələyir.

Azərbaycanla Almaniya arasında münasibətlər də bu baxımdan nəzərəçarpacaq dərəcədə möh­kəmlənib. Bu, qarşılıqlı etimada, qarşılıqlı ehtirama əsaslanan dünyəvi münasibətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri də bunun təzahürüdür.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparııcı şirkətlərinin rəhbərləri ilə görüşmüşdü. Bu görüş həm müəyyən informasiyavermə xarakretində olub, həm də müəyyən məsələlərə aydınlıq gətirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görüşdə Azərbaycanın beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrə olduğunu xatırlatdı, yeni kreditlərin götürülməsinin planlaşdırıldığını nəzərə çatdırdı. Bunlar iqtisadi əməkdaşlığın perspektivləri haqqında qarşılıqlı əlaqələrin istər yaranması, istərsə də mövcud əlaqələrin inkişafı üçün zəmanət xarakterində dinlənildi. Son iyirmi ilin, əsasən, enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olduğunu vurğulayan cənab İlham Əliyev indi hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləniləcəyini də diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Prezidenti iqtisadi əlaqələrin möhkəmlənmə mərhələsində olduğunu xatırladaraq qeyd etdi ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələr başlanıb. Lakin infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə dedi: “Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik”.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Bu Zəfər yeni siyasi müna­sibətlər yaratdı, yaranmış münasibətlər formalaşdırılmaqdadır. Üçtərəfli Bəyanatda qeyd edilənlərin hələ öz həllini tapmaması da gerçəklikdir. Şərqi Zəngəzur hələ ki, həll edilməmiş problemdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə bu haqda da fikir səslıəndirdi. Bu fikir dünyəvi proseslərin bəşəriliyə xidmət etməli olduğunu da xatıqlatmadır: “Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planları mövcuddur. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə maraq doğuran bir məsələni də diqqətə çatdırdı: “Mərkəzi Asiya ölkələri ilə iş birliyi artır. Hazırda Azərbaycan məh­dud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq və biz onu gələn il tamamlayacağıq. Başqa dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət Limanı ola bilər. Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsinin texniki əsaslandırmasının tamamlanması prosesindəyik”.

Almaniyada bu görüş həm azərbaycanın dünyanın aparıcı dövlətləri iə münasibətlərinin daha da möhkəmləndirilməsində, həm siyasi, həm də iqtisadi əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...