Anons

Bu gün, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Haqqımızda Əlaqə

“AzerGold” QSC Şərqi Zəngəzurda geoloji tədqiqatları davam etdirir

Tarix:13-03-2023, 15:06

“AzerGold” QSC Şərqi Zəngəzurda geoloji tədqiqatları davam etdirir
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) geoloji kəşfiyyat qrupu Şərqi
Zəngəzur iqtisadi rayonun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən və
ümumi sahəsi 85.56 km2 olan “Tutxun” nəcib metal təzahürləri sahəsində geoloji
kəşfiyyat işlərinin birinci mərhələsini tamamlayıb.
Belə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)
tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 8.29 km2 ərazidə, o
cümlədən Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində 2022-ci ilin iyun-
dekabr ayları ərzində yerüstü aktiv axtarış-kəşfiyat işləri icra edilib. Nəticədə əldə edilmiş
sınaq nümunələri element tərkiblərinin müəyyən edilməsi məqsədilə analiz üçün
beynəlxalq laboratoriyaya göndərilib.
Qeyd edək ki, “Tutxun” sahəsində geoloji kəşfiyat işlərinin sözügedən ərazilərin
30 illik işğal dövründə Ermənistan tərəfindən minalarla çirkləndirildiyi üçün sürətlə
davam etdirilməsi mümkün deyil. Minalanmış sahələrin xəritələrinin alınması ilə bağlı
danışıqlar isə Ermənistanın bu məsələ ilə bağlı destruktiv mövqeyinə görə ləngiyir. Bu
səbəbdən axtarış-kəşfiyat işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır. 2023-
cü il ərzində işlərin davam etdirilməsi üçün daha 45.5 km2 sahə ANAMA tərəfindən
minalardan təmizlənərək, çöl tədqiqatlarının davam etdirilməsi üçün “AzerGold” QSC-
nin geoloji heyətinin ixtiyarına veriləcək.
“AzerGold” QSC torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt
itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə
edir. Bu xüsusda, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir
hissəsini əhatə edən 1624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv
hiperspektral peyk görüntülərinin çəkilişləri həyata keçirilib və bu proses cari il ərzində
də davam etdirilir.
Xatırladaq ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ
qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji
materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl,
gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...