Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Azərbaycanın iqtisadi qüdrəti daha da artacaqdır

Tarix:15-02-2023, 11:43

Azərbaycanın iqtisadi qüdrəti daha da artacaqdır
İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərdən sonra ölkəmizdə böyük quruculuq işləri başladı. Azərbaycan həm işğldan azad edilmiş ərazilərdə, həm də digər ərazilərdə möhtəşəm, dinamik inkişaf mərhələsinə qədəm qoydu.

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda “Gülüs­tan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında respublikanın iqtisadi inkişafı haqqında geniş məlumatlar ver­di. Bu məlumatların mahiyyəti ölkənin sabahlarının daha nurlu olacağına inam kimi dinlə­nil­di.

Bu və ya digər dövlətin iqtisadi inkişafı həm də onun enerji resursları ilə hansı səviyyədə tə­min edilməsindən də asılıdır. Bu baxımdam Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sı­ra­sındadır. Cənab Prezident çıxışında qeyd etdi ki, ölkəmizin enerji potensialı əhəmiyyətli də­rəcədə güclənməkdədir. Bu baxımdan Mingəçevir Azərbaycan üçün, müəyyən mənada, baza he­sab edilə bilər. 2025-ci ildə Mingəşevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stan­si­yasının açılışı olacaq. Bu, Azərbaycan üçün qüdrətə qüdrət kimi yaşanılacaqdır.

Müstəqil Azərbaycanda bütün sahələr üzrə qazanılan uğurlar böyük tarixi şəxsiyyət Hey­dər Əliyevin dühasının nəticəsidir. Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingə­çe­virdə böyük elektrik stansiyasının təməli qoyulmuşdu. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdu. 2025-ci ildə açılışı olacaq stansiya bu şəbəkənin bir hissəsi və davamı hesab edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi:“Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümu­mi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiy­yətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin”. Azərbaycan bu və bu kimi inamın inkişaf mərhələsini yaşayır, gələcək inkişaf daha möhtəşəm olacaq...

Ölkə başçısı çıxışında işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri haqqında da müxtəsər məlumat verərək dedi: “Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq”...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu çıxışı Azərbaycanın həm siyasi, həm də iqtisadi qüdrətinin daha da artdığının, artacağının təsdiqidir...

Səbinə Xasayeva,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...