Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Bakı şəhəri, Xətai rayon sakini Məhərrəmov Ceyhun Bəhram oğlu tərəfindən “Hürriyyət” qazetinin redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, ötən il mayın 3-də, axşam saatlarında yaşadığı evin girişində bir qrup şəxsin hücumuna məruz qalıb.
Belə ki, paytaxtın Xətai rayon ərazisində bir qrup şəxs Zaur Abdullayevin başçılığı altında xuliqanlıq niyyəti ilə Ceyhun Məhərrəmovu döyüblər. Onlar ilk öncə həyətdəki təhlükəsizlik kameralarını sıradan çıxarıblar. Sonra isə Ceyhun Məhərrəmovun evə gəlməsini gözləyərək, çirkin niyyətlərini həyata keçiriblər. Bu hadisə ilə bağlı DİN-in 102 “qaynar xətt”inə məlumat verilib.
Kamera görüntülərindən də aydın olur ki, Ceyhun Məhərrəmova hücum edən şəxslər bir deyil, bir neçə nəfər olub. Onların hər biri C.Məhərrəmovu yerə yıxaraq təpikləyiblər. Bu hadisə ilə bağli Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən Zaur Abdullayev, Faiq Abdullayev və digərləri barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanmışdır. Hadisə şahidlərinin verdiyi ifadələrdən və kamera görüntülərindən hadisənin xuliqanlıq maddəsi olduğu aşkar formada ortadadır. Belə ki, bütün dəlil və sübutlar toplandıqdan sonra iş Xətai Məhkəməsinə göndərilir.
Xətai rayon Məhkəməsində Fuad Axundovun sədrliyi ilə keçirilən bir necə məhkəmə prosesindən sonra 221-ci maddə ilə (xuliqanlıq bir qrup şəxs tərəfindən törədilməklə və yüngül xəsarət yetirməklə) başlanmış cinayət işi, yetərli sayda dəlil sübut olmağına baxmayaraq, Fuad Axundov tərəfindən 128-ci maddəyə tövsib edilib(“yüngül xəsarət”).
Zərərçəkmişin vəkilləri hakimin qərarından sonra Apellyasiya məhkəməsinə şikayət veriblər. Maraqlısı budur ki, prokrorluqda xuliqanlıq maddəsi ilə başlayan cinayət işinə hakim tərəfindən maddənin dəyişdirilməsinə baxmayaraq, dövlət ittihamçısı hakimin qərarından protest vermir.
Vətəndaş Ceyhun Məhərrəmovu bizdən xahiş edir ki, gec də olsa, bu məsələni ictimailləşdirək və adiyyəti orqanlara bu cinayət işində baş vermiş nöqsanları çatdıraq.
Deməli, C.Məhərrəmovu döyən digər şəxslər hansısa yollarla istintaqla “anlaşmağı” bacarıblar.