Anons

Dünən, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Dünən, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Dünən, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Dünən, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Dünən, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Dünən, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Dünən, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Dünən, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Dünən, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Dünən, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Dünən, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

16-05-2024, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

16-05-2024, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

16-05-2024, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

16-05-2024, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

16-05-2024, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

16-05-2024, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

16-05-2024, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

16-05-2024, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Haqqımızda Əlaqə

Yubiley ən əvvəl ürəyimizdə qeyd ediləcəkdir

Tarix:20-04-2021, 11:10

Yubiley ən əvvəl ürəyimizdə qeyd ediləcəkdir Böyük tarixi şəxsiyyətlər ömrünü xalqı üçün yaşayır.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanımıza, xalqımıza misilsiz xidmətləri heç zaman yaddan çıxmayacaqdır. Bu xidmətlər əbədiyyətin cığırdaşı olub. Sovetlər dönəmində Moskvanın qəti etirazlarına baxmayaraq ən böyük azərbaycanlı olan Heydər Əliyev Bakıda ibtidai hərbi məktəb açılmasına təşəbbüs göstərdi. Moskva inadkarlıqla Suvorov adına hərbi məktəbin olduğunu, azərbaycanlı uşaqların da burda təhsil ala biləcəyini israr edirdi. Bu israr Heydər Əliyevin dühası qarşısında çox cılız idi, dahi şəxsiyyət dönməz məntiqlə onları inandırdı ki, bu məktəb də ölkənin müdafiə qüdrəti üçündür. Məktəb 1971-ci ildə açıldı. Əslində, Cəmşid Naxçıvanski adına hərbi lisey Azərbaycanın sabahlarına daha çox gərəkli olacaqdı, oldu da. Bu məktəb milli hərbçi kadrların hazırlanmasında olduqca gərəkli baza kimi milli hərbçi kadrların hazırlığında müstəsna rol oynadı. Bu məktəbin məzunları Sovetlər dönəmində sabiq SSRİ-nin ali hərbi məktəblərində, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində) təhsil alan kursantların müstəqil Azərbaycan dövlətinin ordusunun formalaşmasında müstəsna xidmətləri oldu.

Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarından 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır. Bir vaxtlar C. Naxçıvanski adına hərbi liseyin məzunları Vətən müharibəsində də rəşadətlə döyüşdülər, ölkə başçısının sərəncamları ilə yüksək dövlət təltiflərinə layiq görüldülər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyiin 50 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam dövlətçiliyimiz üçündür.

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi ən əvvəl hər birimizin ürəyində qeyd ediləcəkdir.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...