Anons

Dünən, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Dünən, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Dünən, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Dünən, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Dünən, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Dünən, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Dünən, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Dünən, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Dünən, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Dünən, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Dünən, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

16-05-2024, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

16-05-2024, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

16-05-2024, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

16-05-2024, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

16-05-2024, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

16-05-2024, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

16-05-2024, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

16-05-2024, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Haqqımızda Əlaqə

Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA

Tarix:21-01-2021, 14:34

Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA Koronavirus pandemiyası ilə bağlı artıq ikinci tədris ilidir ki, ölkə üzrə təhsil onlayn formada aparılır. Lakin onlayn təhsilin müəyyən obyektiv və subyektiv problemləri, texniki problemlər, o cümlədən şagirdlərin təhsildən yayınması kimi problemlər ortaya çıxdı.

Artıq ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyət müsbətə doğru dəyişməkdədir, yoluxmaların sayında xeyli azalma baş verib, yoluxanlarla sağalanlar arasında faiz nisbəti uğurlu nəticələrin göstəricisidir. Bu baxımdan ölkədə sərt karantin rejiminin yumşadılması həyata keçirilib, mərhələli şəkildə bir sıra sahələrdə fəaliyyətin bərpasına icazə verilib. Bu gün cəmiyyəti ən çox maraqlandıran suallardan biri də ənənəvi təhsilin bərpa olunub-olunmayacağı ilə bağlıdır. Yaxın günlərdə Təhsil Nazirliyinin bununla bağlı cəmiyyətə ətraflı məlumat verəcəyi bildirilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova ənənəvi təhsilin bərpa olunmasını vacib hesab edir. Deputat bildirib ki, artıq ölkədə koronavirusa qarşı peyvəndləməyə başlanılıb, mərhələli şəkildə tədris işçiləri də peyvənd olunacaq:

“Yəni bütün bunları, həm virusun azalmasını, həm vaksinasiya prosesinin başlanmasını nəzərə alaraq məktəblərin açılması, ənənəvi təhsilin mərhələli şəkildə bərpası vacibdir. Çünki onlayn təhsil canlı, müəllimlərlə şagirdlərin siniflərdə birbaşa təmasını, yəni dərsin effektivliyi baxımından, şagirdlərin tədris olunan fənləri qavraması baxımından onlayn təhsil ənənəvi təhsili əvəz edə bilməz. Bu, birmənalı olaraq belədir.

Onlayn təhsil pandemiya dövründə müvəqqəti tədbir idi. Koronavirusun yayıldığı zamanda onlayn təhsilə keçid qaçılmaz idi və təhsilin tamamilə dayandırılmasının qarşısını almaq üçün yeganə yol idi. Ancaq məlum olduğu kimi onlayn təhsildə müəyyən obyektiv və subyektiv səbəblərdən problemlər ortaya çıxdı, fasilələr yarandı, o cümlədən texniki problemlər səbəbindən bəzi şagirdlərin təhsil almasında çətinliklər yarandı”.

A.Həsənova vurğulayıb ki, gələcək nəslin təhsili ölkəmizin təhlükəsizliyi qədər önəmli və vacib məsələdir: “Uğurlu təhsil uğurlu gənclik deməkdir, uğurlu gənclik isə uğurlu dövlət deməkdir. Bu baxımdan ənənəvi təhsilin bərpası çox önəmlidir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...