Anons

Dünən, 19:13- Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ?

Dünən, 17:28- Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır - Makron narahatdır - TƏHLİL

Dünən, 17:04- “Aqrar Sığorta”nın biznesində “donvurma” - yığımları 2 mln. manat azalıb

Dünən, 16:18- "Lift quraşdırmaq üçün 90 min avro və 4 min dollar verdim" - Keçmiş deputat Hacı Salayevin məhkəməsi

Dünən, 14:29- “Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

Dünən, 13:29- Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video

Dünən, 12:40- İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Dünən, 10:22- Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Dünən, 10:04- "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Dünən, 09:31- “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Dünən, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

20-05-2024, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

20-05-2024, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

20-05-2024, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

20-05-2024, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

20-05-2024, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

20-05-2024, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

20-05-2024, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

20-05-2024, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

20-05-2024, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Haqqımızda Əlaqə

50 saylı Abşeron-Qobustan seçki dairəsinin seçiciləri seçdikləri namizəd Novruz Aslanova qarşı haqsılığa susmayacaqlarını bəyan etdilər

Tarix:13-02-2020, 14:40

50 saylı Abşeron-Qobustan seçki dairəsinin seçiciləri seçdikləri namizəd Novruz Aslanova qarşı haqsılığa susmayacaqlarını bəyan etdilər 50 saylı Abşeron-Qobustan seçki dairəsinin seçiciləri öz seçimlərinə hörmətsizlik olunduğunu,
Abşeron və Qobustanda saxtalaşdırılmış seçki ilə bağlı seçicilərin hüquqlarının tapdalandığını və Ölkə başçısına müraciət ünvanladıqlarını və bunu bütün ictimaiyyətə bəyan edəcəklərini bildiriblər. Bu ərazidə yaşayan sakinlər 09.02.2020 tarixində keçirilmiş VI çağırış növbədən kənar Parlament seçkilərinin legitimliyini tanımadıqları və seçkinin nəticəsinin ləğvi ilə bağlı petisiya üçün minlərlə imza topladıqlarını müraciətlərində qeyd ediblər. 50 saylı Abşeron-Qobustan seçki dairəsində saxtakarlıqların pik həddi bu ərazidə yaşayan seçiciləri hiddətləndirib. Seçicilərin seçimi Novruz Aslanov olsa da yekunda qutulardan Şahin Seyidzadənin adı çıxıb. Soyuq havada səs verməyə gedən sakinlər, seçki sonunda saxtakarlıqla üz-üzə gəliblər. Onların səs verdiyi namizədin əvəzinə digər namizəd qalib çıxıb. Kütləvi saxtakarlıq, qabaqcadan hazırlanmış bülletenlərin qutulara doldurulması, kütləvi arayışlarla səs vermə, Qobustanda icra nümayyəndələrinin qapı-qapı gəzərək evlərdən Şahin Seyidzasənin leyhinə səs toplaması və digər igrənc əməllər, burda yaşayan sakinlərin qəzəbinə tuş gəlib.Ölkə başçısı Cənab Prezident İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya və Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahova ünvanlanmış məktubun mətnində, seçki prosesində saxtakarlıq faktları,sakinlərin narahatlıqları və öz haqqlarının tələbləri əksini tapmışdır.
Abşeron-Qobustan sakinləri saxtalaşdırılmış seçkidən, bu ərazidə yaşayan vətəndaşların konstitusion hüquqlarının pozulduğundan, bütün bu saxtakarlıqların günü-gündən inkişaf edən ölkəmizin maraqlarına xələl gətirməsindən, müəyyən qara qüvvələrin hətta seçkidən öncə məqsədli şəkildə onların tanımadıqları namizədin xeyrinə təbliğat-təşviqat proseslərinin aparılması ilə bağlı narahatçılıqlarını Ölkə başçısına çatdırıblar. Bir toplu sakin İcra strukturu nümayyəndələrinin, məktəb direktorların, müəllimlərinin və s digər Dövlət strukturlarında çalışanların seçkilərə müdaxilə etməsindən, onların səslərinin oğurlanmasından şikayətləniblər.
Cənab Prezidentin Xalqa müraciəti, 2019-cu ilin sonlarında Parlamentin buraxılması və digər islahatlar Abşeron-Qobustan sakinlərini də hər kəs kimi ümüdləndirmişdir. Seçkilərin ədalətli keçəcəyinə ümüd edən sakinlər öz namizədlərini seçıcəklərini düşünsələr də sonda belə olmayıb.Ümüdləri puç olmuş toplu öz haqqlarımı tələb etmək üçün icazəli mitinqlərə qoşulacaqlarını və əsasəndə ‘’Saxta seçkilərə yox’, “Ölkə başçısımın tapşırıqlarına əməl etməyən cəsalansın”, “Aldatma aldanarsan”kimi şüarlar səsləndirəcəklərini redaksiyamıza bildiriblər. Məktubun məzmunundan göründüyü kimi Abşeron-Qobustan sakinləri keçirilmiş parlament seçkilərindən narazıdırlar və haqq-ədalət bərqərar olmayana qədər sona qədər mübarizə aparacaqlarını bildiriblər. Ölkə başçımızdan razılıq edən Xalq , məmurların onları hiddətləndirdiyini və müxtəlif yollarla aldatdıqlarını bildiriblər. Daima Ölkə başçısından və Birinci vitse-prezidentdən qayğı görən xalq, icra başçıları, nümayyəndələri və msk məntəqə sədrlərindən narazıdırlar. 50 Saylı Abşeron-Qobustan seçiciləri Ölkə başçısının ədaləti bərpa edəcəyinə güvənir və buna əmindirlər.

Hər zaman Xalqın yanında olan Cənab Prezident İlham Əliyevin bu dəfə də həmişəki kimi Xalqın yanında olacağı heç şübhə doğurtmur. Ardı var...

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri
cənab Məzahir Pənahova

Azərbaycan Respublikası
Prezident Administrasiyasının rəhbəri
cənab Samir Nuriyevə



09.02.2020 tarixli VI çağırış növbədənkənar Parlament seçkilərin saxtakarlıqla keçirilməsinə dair 50-saylı Abşeron-Qobustan seçki dairəsin ərazisində yaşayan seçicilərin

Müraciəti

Ölkəmizdə, son dövrələrdə aparalan uğurlu islahatlar, kadr və struktur dəyişikliyin müsbət təsiri, Respublikamızın bütün regionlarında hiss olunmaqdadır.
Biz Abşeron, Qobustan rayon sakinləri Sizin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərinizi, yürütdyünüz siyasəti, uğurlu islahatları, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün göstərdiyiniz fəaliyyəti daima yüksək qiymətləndirir və buna görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

2019-cu ilin sonunda Parlamentin buraxılması və 09.02.2020 tarixli VI çağırış növbədənkənar Parlament seçkilərin keçirilməsi ilə əlaqədar sərəncamınız, gələcək deputatların xalqın içindən, seçicilərin öz güvəndiyi namizədi seçməsi üçün şəraitin yaradılması ilə bağlı göstərişləriniz, hamımızı sevindirdi və keçiriləcək seçkilərə böyük inam yaratdı .
Bir məslələni diqqətinizə çatdırmaq istəyirik. Seçki təşviqat-təbliğat ərəfəsində bəzi Dövlət məmurları görünür sizin humanistliyinizdən və onlara güvəninizdən istifadə edib ,verdiyiniz göstərişlərə məhəl qoymamağı üstün tutdu və bu sakinlər arasında böyük narazılığa səbəb oldu və olmaqdadır.
Yaşadığımız ərazidə biz hələ təbliğat-təşviqat kompaniyasının başladığı ilk günlərdən dövlətin inzibati-resurslarından istifadə etməklə açıq-aşkar namizədlərdən biri olan Şahin Seyidzadənin təbliğatının təşkil edilməsinin şahidi olduq. Dövlət qurumlarında çalışanlar (kənd və qəsəbə icra nümayəndələri, məktəb direktorları, uşağ baxçalarının müdürləri, musiqi məktəblərinin direktorları, müəllimlər, tibb məntəqələri və xəstəxanalırın baş həkimləri və s.) bir-başa olaraq görüşlərdə boş zalları doldurmaqla və Şahin Seyidzadənin şəkillərini təşviqat lövhələrinə vurulması ilə məşğul olurdular.
​ Seçkidən bir-iki gün öncə Şahin Seyidzadənin adından sakinlərə danışıq konturları paylanılıb (məs; Aşağı Güzdək qəsəbəsi), Hökməli və Novxanı məktəblərində valideyinlərin şəxsiyyət vəsiqələri toplanılmağa başlandı. Yaşadığımız ərazidə Şahin Seyidzadənin artıq seçildiyi şayələri, təbliğatın başlandığı gündən sakinlər arasında dolanmağa başladı. Müəllimlər telefonlarda Whatsapp proqramı üzərindən valideynlərə Şahin Seyidzadəyə səs verməyə çağırışları etdilər.
Abşeron və Qobustan rayonlarının rəhbərliyin göstərişi və şəxsən iştiraklarıyla sakinlərə Şahin Seyidzadəyə səs vermədiyimiz halda torpaqlarımızı əlimizdən alacağıqları kimi təhdidlər olub və “Şahin Seyidzadə yuxarıdan tapşırılıb və onsuzda seçiləcək” kimi psixoloji təsir etməklə təbliğat aparılmağa başlanıldı.
Biz bir qrup sakin ölkə prezidentinə bu qanunsuzluqlar barədə müraciət etmək qərarına gəlsək də, sonda beynəlxalq arenada ölkəmizin imicinə zərər vura bilər və eyni zamanda ölkə prezidentinin icra başçılarına seçkilərin şəffaf keçirilməsi tapşırıqlarını eşidib bir ümüdlə bəlkə də seçkilər şəffaf keçiriləcək deyə bu addımdan vaz keçdik.
Lakin, seçki günü mümkün ola biləcək bütün saxtakarlıqlardan istifadə edildi. Nümunə olaraq Hökməli kəndində dəfələrlə bir şəxsin iki dəfə səs verdiyi məlum oldu. Baxça müdirəsinin öz işçiləri ilə birlikdə hər məntəqədə səs verdiyinin şahidi olduq. Nemət adlı şəxs məlumatımıza əsasən 20 manat pul müqabilində (“Vüsal” şadlıq sarayının sahibi) “At yalı” yaşayış massivindən xüsusi tutulmuş maşınlarla insanları dəstə-dəstə gətirərək karuseldə iştirak etdiridi. Yenə Nemət gedib özü Hökməli qəsəbə icra nümayəndəliyində əyləşərək adamları tərəfindən At yalından gətirilmiş insanları qeydiyyatı olmadığı üçün təcili arayış verdirərək Şahin Seyidzadəyə səs vermələri üçün karuselə cəlb etdi. Bütün bunları Bakı–Şamaxı yolunda markalarını deyəcəyimiz maşınların hərəkətlərini kameralardan izləməklə müəyyənləşdirmək mümkündür.
​ Ceyranbatan qəsəbəsində işləyən 1 saylı orta məktəbin bir neçə müəllimi Abşeron rayonunda qeydiyyatda olmamağlarına baxmayaraq Ceyranbatan qəsəbəsində olan hər üç məntəqələrdə Şahin Seyidzadəyə səs vermək üçün Ceyranbatan qəsəbə 1 saylı orta məktəbinin direktoru təşkil etdiyi “karuseldə” iştirak ediblər.
Həmçinin, seçki günü qeydiyyatda olmayan sakinlərə kütləvi arayışların verilməsi, Qobustanda icra nümayyəndələrinin qapı-qapı gəzərək sakinlərə hədə-qorxu gəlməklə Şahin Seyidzadəyə məcbur qayda da səs verməsi hamımızı məyus etdi.
Pirəkəşkül kəndinin ərazisində yerləşən hərbi hissədə keçirilən səsvermədə ümumiyətlə hərbi xidmətdə olmayan namizəd Şahin Seyidzadəyə MSK-nin saytında yerləşdirilən protokola əsasən 1000 yaxın səs verilib, lakin Qarabağ Qazisi Mehdi Mehdiyevə 148, digər hərbi xidmət keçmiş və müharibə iştirakçısı olan namizədlərə 0-80 səs verilib. Halbuki, heç bir namizədə hərbi hissədə təbliğat aparmağa imkan yaradılmamışdır. Bu çox gülünc rəqəmlərdir və şübhəsiz ki, saxtakarlığın zirvəsidir.
Yuxarda göstərilən və digər neqativ faktlar və saxtakarlıq haqqında dəfələrlə MSK-nin 115 “ Qaynar xətt” inə və Dairə Seçki Komissiyasına dəfələrlə müraciətlər edilmiş, lakin heç bir tədbir görülməmişdir.
​Bütün bunlar seçkilərin ədalətsiz və saxtakarlıq şəraitində keçirildiyinin əyani sübutudur. Biz 50-saylı Abşeron-Qobustan seçki dairəsindən seçkilərin legitimliyini tanımadığımızı və yeni seçkilərin keçiriləcəyinə qədər də tanımayacağımızı bəyan edirik.

Cənab Prezident,
Sizin apardığınız siyasətə, sizin göstərişlərinizə məhəl qoymayan , inamınızdan sui istifadə edən icra strukturu nümayyəndələrinin cəzalandırılmasını və 9 fevral 2020-ci il tarixində keçirilən seçkilərdə 50-saylı Abşeron-Qobustan seçki dairəsin nəticələrini ləğv etmənizi xahiş edirik.

Biz sizə güvənir, sizi daima dəstəkləyir və inanırıq ki, qısa müddət ərzində haqq-ədalət sayənizdə bərqərar olacaqdır.

İMZALAR: CƏMİ 3896 NƏFƏR





скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...