Anons

Bu gün, 18:43- Qürbətdə Vətən həsrəti

Bu gün, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Bu gün, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Bu gün, 15:23- İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?

Bu gün, 14:50- Ceyranbatan qəsəbə 2 №-li orta məktəblə bağlı Prezidentə müraciət:240 şagird üçün nəzərdə tutulan məktəbdə 1000-ə yaxın uşaq təhsil alır(?)

Bu gün, 14:05- "Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

Bu gün, 13:06- “Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Bu gün, 12:30- "Baboşu" bahalı "Gelandewagen"lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi - Həbs olunmasın istəyir

Bu gün, 11:42- Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Bu gün, 11:00- Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...

Bu gün, 10:23- `Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Bu gün, 09:57- Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...

Bu gün, 09:23- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...

Dünən, 21:53- "Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?

Dünən, 21:50- Sabiq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR

Dünən, 19:30- Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə

Dünən, 17:56- Qaçaq sabiq səfirin Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar – TAM MƏTN

Dünən, 17:25- Oğuzda 10, Sabirabadda 50 hektar meşə fond torpaqlarını şumlatdıran Rauf Məmmədovun arxasında kimlər durur - İLGİNC FAKTLAR

Dünən, 14:23- Seçiciləri Nigar Arpadaraini tapa bilmir - DEPUTAT NİYƏ İNSANLARDAN GEN GƏZİR?

Dünən, 13:36- Məcnun müəllim fermerlərə SAHİB ÇIXMAZSA... - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

Tarix:4-02-2020, 20:07

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ
101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovun seçiciləri ilə növbəti görüşü Göygöl Gənclər Mərkəzində keçirildi.
300-dən çox iştirakçının qatıldığı tədbir Ulu Öndər Heydər Əliyevin heykəli qarşısında gül dəstlərəinin düzülməsi ilə başladı. Mərkəzin iclas salonunda tədbir dövlət himninin səsləndirilməsi ilə davam etdi. Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş oğul və qəzlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin aparıcısı Habil Cabbarov 101 saylı Seçki Dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovun həyat və fəlaiyyəti haqda məlumat verdi. Onun ölkəmizin tanıdılmasında, Azərbaycan həqiqətlərinin dünya ölkələrində yayılmasında göstərdiyi xidmətlərdən danışdı.
Rayon Ağsaqqallar Şurasının sədri Abdulla Qasımov tədbirin ilk çıxışçısı kimi deputatlığa namizədə öz xeyir-duasını verdi. Onun qələbə çalacağına əminliyini ifadə etdi.
“Mən Ulu Öndərimizi xatırlamadan sözümə başlaya bilmərəm. Onun bizimçün miras qoyduğu siyasi və ideoloji irs bu gün hər bir gəncimizin həyat mənbəyi, qaynağı olmalıdır. Bugünkü toplantıya qatılmağım da məhz bu amaldandır. Mən Möhsüm Aslanovun Azərbaycan Televiziyası üzərindən reportajlarını izləyəndə həm həsəd aparırdım, həm də böyük qürur duyurdum. Birincisi, hesab edirdim ki, bu böyük bir xoşbəxtlikdir ki, elə mötəbər tribunalardan ölkənin həqiqətlərini səsləndirmək cəsarətin və bacarığın ola. İkincisi, Ulu Öndərimizin ideyalarına bu qədər sadiqliklə Vətəninçün mücadilə edəsən. Bu gün mən belə bir insanın seçki təbliğatında iştirak etməklə onun haqqında öz ürək sözlərimi səsələndirməyi özümə borc hesab etdim. Çox adamdan onun haqqında yaxşı sözlər eşitmişəm, indi bu səmimiyyətə öz gözlərimlə şahid oldum. Mən seçki dairəmizdə olan gəncləri belə bir insana səs verməyə çağırıram”. Bu fikirlər gənc tələbə Türbət İsazadə tərəfindən səsləndirildi.
Daha bir gənc, Əhməd Əhmədov isə Möhsüm Aslanovu tanımadığını, amma fəaliyyətini yaxından izlədiyini qeyd elədi. Onun dairələrindən deputat olarsa, gənclərə böyük faydası dəyəcəyinə inandığını bildirdi.

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ
DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ


Rayon Mərkəzi Xəstəxanasının həkimi Əlikömək Alıyev deputatlığa namizəd Möhsüm Aslanovu lap uşaqlıqdan tanıdığını, bütün fəaliyyətini izlədiyini qeyd etdi. “Əsil mücadilə adamı Möhsüm Aslanova dəstək olmaqla biz gələcəyimizə böyük mənəvi sərmayə qoymuş olacağıq. Onun xalqına necə bağlı olduğunu, hansı qan yaddaşına sahibliyini mən çox içdən bilirəm. Ümidvaram ki, seçicilər 9 fevralda məhz belə bir insana səs verəcəklər”.
Çıxış edən Göygöl sakini Tosun Apiyev isə qeyd etdi ki, mən bu gün bura deputatlığa namizədimizlə həmrəy olduğumu, ona canı-dildən inadığımı nümayiş etdirmək üçün gəlmişəm. İnanmadığım heç bir adamın nəinki dalınca, heç önündə də getmərəm. Camaatımızdan da xahiş edirəm ki, Möhsüm Aslanova dəstək olaq.
Deputatlığa namizədin vəkili İqbal Əliyev: “Çıxış etməyi planlaşdırmamışdım. Tosun Apiyevin çıxışından sonra öz gözümlə gördüklərimi demədən keçə bilmədim. Mən yerli admam, adamların hazırda proseslərə nə qədər az marağının olduğunu yaxşı bilirəm. Amma biz hansı kəndə, hansı qəsəbəyə getdiksə, 10-15 dəqiqəlik təmasdan sonra insanların üzünün ifadəsinin dəyişdiyini gördüm, hamı deputatlığımıza namizədimizin səmimiyyət işığına toplaşmağa, güvənməyə başladılar. O kəndləri tərk edib getdikdən sonra da haqqımızda yaxşı sözlərin dolaşdığını eşitdim. Çox əminəm ki, tezliklə görüşdüyümüz insanlar seçki qutusunun başına gələrək öz isti münasibətlərini ifadə edəcəklər. Möhsüm Aslanovu seçərək başqa bir şəraitin yaranması üçün iradə nümayiş etdirəcəklər”.
Deputatlığa namizəd Möhsüm Aslanov isə öz platformasını və ürək sözlərini söylədi. Dövlətimizin yürütdüyü siyasətdən, prezident İlham Əliyevin start verdiyi islahatlardan və onun önəmindən danışdı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sosial və mədəni sferada nail olduğu uğurları qeyd edərək, söylədi ki, bu gün Mehriban xanım Əliyeva öz isti ürəyi ilə hər kəsin qayğısına qalmağa, hər kəsin imdadına yetməyə çalışır. “Bu iki insanın birliyi və əməyi nəticəsində ölkəmiz uğurla inkişaf edir”.
Sonra deputatlığa namizəd seçicilərin arzu və istəklərini, onları narahat edən qayğılarını dinlədi. Sonda ayrı-ayrılıqda xatirə şəkilləri çəkdirildi.

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ
DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ
DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ
DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ
DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ
DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ
DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ
DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ
DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ
DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...