Dünən, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...
Dünən, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ
Dünən, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...
Dünən, 19:33- Ana və iki övladı dönərdən zəhərləndi
Dünən, 19:09- Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...
Dünən, 18:43- Qürbətdə Vətən həsrəti
Dünən, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”
Dünən, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”
Dünən, 15:23- İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?
Dünən, 14:05- "Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO
Dünən, 13:06- “Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ
Dünən, 12:30- "Baboşu" bahalı "Gelandewagen"lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi - Həbs olunmasın istəyir
Dünən, 11:42- Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?
Dünən, 11:00- Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...
Dünən, 10:23- `Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...
Dünən, 09:57- Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...
Dünən, 09:23- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...
6-05-2024, 21:53- "Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?
6-05-2024, 21:50- Sabiq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
Yenixeber.org: Birinci, İkinci, Üçüncü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş 73 yaşlı Fəzail Ağamalı yenidən deputat olmağı hədəfləyib. Onun deputatlığa namizədliyi yenə də 60 saylı Salyan-Neftçala seçki dairəsindən qeydə alınıb. Fəzail Ağamalı özünü buraxmış Milli Məclisdə bu dairənin seçicilərini təmsil edirdi…
Bəs kimdir altıncı dəfə deputat olmağa çalışan Fəzail Ağamalı? Çağdaş siyasi tariximizdə hansı silinməz izlər sahibidir? Və s. Seçiciləri üçün xüsusi əhəmiyyət kəsb edəcəyini nəzərə alıb, Fəzail Ağamalının siyasi fəaliyyətinə ötəri də olsa ekskurs edək…
Alınına qalmaqal yazılmış siyasətçi
Fəzail Ağamalının siyasi fəaliyyəti 60-ci illərin sonundan, tələbəlik dövründən start götürüb. Gizli tələbə dərnəyindən başlayan siyasi fəaliyyət Milli Azadlıq Hərəkatında açıq müstəviyə keçir. Cənab Ağamalı Milli Azadlıq Hərəkatının fəallarından biri olur. Və sonra... Sonradan Fəzail Ağamalı Azərbaycanın siyasi səhnəsində ən qalmaqallı siyasətçilərdən biri hesab olunur. Onun ilk qalmaqalı isə 1994-cü ilə təsadüf edir... O zaman Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin birinci müavini və nazir əvəzi olan Ağamalı dövrün baş naziri Sürət Hüseynovla aralarında yaşanmış qalmaqala görə vəzifəsindən istefa vermək məcburiyyətində qalmışdı. Əgər bu ilk olmaqla həm də, son qalmaqal olsaydı Fəzail Ağamalının qalmaqallı siyasətçi obarzı formalaşmazdı… Fəzail Ağamalının mərhum prezident Əbülfəz Elçibəylə “ANS”-in səhnəsində qaşılaşması da yaddaşlardan silinəcək olay olmadı. O zaman Əbülfəz bəyin Fəzail müəllimə “Sus Fəzail, mənim yanımda danışma” deməsi ilə onu susdurması mediada və ictimai arenada müzakirə mövzusu oldu. Əcəba, Fəzail Ağamalı hansı günahın sahibi olub ki, Əbülfəz bəydən bu cavabı alıb da susdu?
Sonralar Zərdüşt Əlizadənin “Elçibəyin dəstəsində Fəzail kimi təxribatçılar vardı” deməsi az da olsa Əbülfəz bəyin Fəzail Ağamalını susdurmasına aydınlıq gətirmiş oldu...
2007-ci ilin martında Fəzail Ağamalı ilə sabiq həmkarı Hüseyn Abdullayev arasında yaşanan olay… Milli Məclisin iclasında deputat Hüseyn Abdullayev hökumətin hesabatının deputatlara əvvəlcədən təqdim olunması ilə bağlı tələblə çıxış edərkən Fəzail Ağamalının «otur aşağı» deməsi onu təbdən çıxarmış və iki deputat əlbəyaxa olmuşdur. Davadan əvvəl isə deputatlar bir-birini “yağlı” söyüşlərə qərq etmişdilər...