Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Arıxlıda toqquşma NECƏ BAŞ VERDİ? - TƏFƏRRÜAT

Tarix:2-01-2025, 16:07

Arıxlıda toqquşma NECƏ BAŞ VERDİ? - TƏFƏRRÜAT Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndində iki yeniyetmənin ölümünə səbəb olan sürücü prokurorluğun vəsatəti əsasında həbsdə saxlanılıb.

Moderator.az xəbər verir ki, azərbaycandilli 24News.ge bu barədə Gürcüstan Baş Prokurorluğuna istinadla məlumat yayıb.

Bildirilir ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs dekabrın 30-da Bolnisi Bələdiyyəsi ərazisində avtomobili idarə edərkən ehtiyatsızlıq edib, nəqliyyat vasitəsinin təhlükəsizliyini təmin etməyib və nəticədə iki azyaşlını vurub. Prokurorluğun məlumatına görə, zərərçəkənlər aldıqları xəsarətlər nəticəsində yerindəcə keçinib.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. O, Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci (avtomobilin təhlükəsizliyi və ya istismarı qaydalarını pozma, iki nəfərin ölümünə səbəb olma) ilə ittiham olunur.

Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, musavat.com-un yazdığına görə, Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndindəki hadisə zamanı iki gənc avtomobilin vurması nəticəsində həyatını itirib, bir neçə nəfər isə yaralanıb. "Qəzadan sonra vəziyyət daha da pisləşib, çünki sürücünün Azərbaycanlı əhalinin ünvanına təhqiramiz ifadələr işlətməsi kənddə qəzəb və etiraza səbəb olub.

Yerli əhali bildirib ki, qəzanı törədən sürücü Azərbaycanlı sakinləri təhqir edərək vəziyyəti daha da gərginləşdirib. Bu, kənd sakinlərinin etirazına səbəb olub və nəticədə kənddə gərginlik artıb. Hal-hazırda Arıxlı kəndində xüsusi təyinatlı polis qüvvələri yerləşdirilib.

Azərbaycanlı jurnalistə danışan kənd sakinləri baş verən hadisəni və etirazlarının səbəbini açıqlayıblar. Onlar qeyd edirlər ki, iki gəncin qanının yerdə qalmasını istəmirlər və ədalətin təmin olunmasını tələb edirlər. Kənd əhalisi həmçinin vurğulayıb ki, sürücünün təhqiramiz davranışı onların qəzəbini artırıb və bu səbəbdən də hadisəyə kəskin reaksiya göstəriblər..."скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...