Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

"Dövlət xəstəxanalarına yaxın düşmək olmur..." - NARAZILIQ VAR

Tarix:23-09-2024, 08:56

"Dövlət xəstəxanalarına yaxın düşmək olmur..." - NARAZILIQ VAR “Mən sevdiyim sənətlə yaşadım. Qiymət verildi yaxud verilmədi, məni istədilər yaxud istəmədilər bunlarla maraqlanmadım. Uğurlarımla yanaşı mənə badalaq gələnlər də oldu. Hamısına can sağlığı arzulayıram. Həyatdır, mənim də qismətim belə imiş yəqin. Qismətimdən küsmürəm. Doya-doya baxıram, fəxr edirəm ki, mən varam. 50 il teatrda çalışmışam. Bəxtimdən razıyam, narazı deyiləm. Öz arzularıma çatmaq qismətim olub. Neçə-neçə filmlərdə çəkilmişəm, tamaşalarda rol almışam. Həyatımdan razıyam, küsməmişəm. Mənim də bəxtimə belə yazılıb. Teatr rəhbərliklərinin mənə qiymət verməkləri onlar üçün çətin olub”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, doğum gününü qeyd edən Məsumə Babayeva deyib. O daha sonra səhhətindən danışıb.

“Az qalmışdılar ayağımı kəssinlər, amma müalicə etdirdim, qoymadım. Ürəyimdən müalicə alıram. Şəkər xəstəliyinə tutulmuşam. Evin içində güc-bəla ilə yeriyirəm. Nevrpotoloqa apardı qızım məni, üstümə nə qədər xərc qoydu. Dərmanlar da bahadır. Hər şeyi sığorta ilə ediblər. Dövlət xəstəxanalarına yaxın düşmək olmur. Mən bu gün ölürəmsə növbəyə dayanmalıyam ki, 3 aydan sonra mənə baxsınlar?! Əlbəttə ki, mən özəl klinikaya gedəcəm. Damarlarım da nazikləşib, sistemləri də mənə vura bilmirlər” deyə aktrisa gileylənib.

Aktrisa bildirib ki, teatrda daim yaşlı, qocaman sənətkarlar çalışmalıdır.

“Bu gün teatrdan rəhbərlikdən heç kim mənimlə maraqlanmır, əlaqə saxlamır. Dekabr ayında İlham Əsədov gəlib hədiyyə gətirmişdi. Teatrın bəzi gənc aktyor-aktrisaları mənimlə danışırlar. Anar Seyfullayev, Simuzər Ağakişiyeva və bəzi aktyorlar yazır hərdən. Teatrdan çıxarıblar, çıxarıblar da. İnsan xəstələnəndən sonra heç kimə lazım olmur sən demə. Halbuki mən teatrdan çıxarılandan sonra xəstələndim. Məni yaşlı sayırlar. Efirdə gedən verilişlərdə də bar-bar bağırırlar ki, yaşlılar, yaşlılar. İndi istəsəm belə nə verilişlərə, nə də film və seriallara gedə bilmərəm. Yaxşı vaxtımda çəkilmişəm. Artıq həyatda özümü lazımsız sayıram. Qızımın xətrinə yaşayıram. Bu cür yaşamaq mənlik deyil. Qızım qulluğumda dayanır, amma onun da işləri, problemləri var axı. O olmasa mən ümumiyyətlə yaşamaram. Nəvəm deyir ki, mən sənə icazə vermirəm ki, öləsən. Onlar üçün yaşayıram. Adam sənətdə incidiləndə teatr üçün etdiyi fədakarlıqlar göz önünə gəlir. Gündə 5-6 dəfə tamaşa oynamışam. Kimisə əvəz etmişəm. İndi də səni saymırlar. Adama pis təsir etməz? Kim olsa ona pis təsir etməz ki? Mən teatrda müqavilədəyəm. Rollarıma cavan aktrisaları səhnəyə buraxırlar ki, mənə qonorar verməsinlər. Bu pul teatrın fondundan mənə verilir, kiminsə cibindən yox. Onlar bunu etməklə deyirlər ki, sənə ehtiyacımız yoxdur. Direktordur da. O gedəcək, başqası gələcək. O teatrda işləyə-işləyə neçə direktor yola salmışam. Hamısı gəlib mənə ilişib, sonuncusu da belə” deyə o bildirib.

"Dövlət xəstəxanalarına yaxın düşmək olmur..."

Moderatorскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...