Anons

Dünən, 19:13- Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ?

Dünən, 17:28- Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır - Makron narahatdır - TƏHLİL

Dünən, 17:04- “Aqrar Sığorta”nın biznesində “donvurma” - yığımları 2 mln. manat azalıb

Dünən, 16:18- "Lift quraşdırmaq üçün 90 min avro və 4 min dollar verdim" - Keçmiş deputat Hacı Salayevin məhkəməsi

Dünən, 14:29- “Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

Dünən, 13:29- Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video

Dünən, 12:40- İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Dünən, 10:22- Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Dünən, 10:04- "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Dünən, 09:31- “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Dünən, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

20-05-2024, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

20-05-2024, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

20-05-2024, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

20-05-2024, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

20-05-2024, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

20-05-2024, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

20-05-2024, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

20-05-2024, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

20-05-2024, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Haqqımızda Əlaqə

5 uşaq anası olan xadimə deputat SEÇİLDİ

Tarix:20-06-2022, 16:42

5 uşaq anası olan xadimə deputat SEÇİLDİ
Fransada parlamenti formalaşdıracaq seçkilər sürprizlərlə nəticələnib. İki ay əvvəl yenidən Fransa prezidenti seçilən Emmanuel Makronun Birlik partiyası Milli Assambleyada say çoxluğunu itirib.

Makronun parlamentdə üstünlüyü əldə verməsi Fransa mətbuatının gündəm mövzusuna çevrilib. Yerli qəzetlər “Fransa idarə oluna bilməz” və bu kimi digər başlıqlı yazılarla hökuməti sərt tənqid ediblər.

Prezident Emmanuel Makronun ən böyük narahatlığı 2017-ci ildə ilk dəfə seçildikdən sonra parlamentdə qazandığı mütləq çoxluğu itirməsi idi. Makronun qorxduğu reallaşdı və o, 289 mandat tələb edən mütləq çoxluğu əldən verdi.

Seçkinin ilkin nəticələrinə görə, Makronun partiyası 234 mandat qazanıb. Lakin seçki ilə bağlı müzakirələr bununla bitmir. Diqqət çəkən digər məqam təmizlik işçisinin parlamentdə mandat almasıdır.

Belə ki, Yeni Ekoloji və Sosial Xalqlar Birliyinin (NUPES) parlament seçkilərinə namizədləri arasında təmizlikçi qadın da olub. Həmin qadın Afrika əsilli 48 yaşlı Raşel Kekedir. O, oteldə təmizlik işçisi kimi çalışır. Keke digər işçilərlə birlikdə Fransa tarixində ən uzunmüddətli otel tətillərindən birinə rəhbərlik edib və öz hüquqları uğrunda mübarizə onu Fransa parlamentinə aparıb.

2003-cü ildən “Ibis” otelində xadimə kimi çalışmağa başlayıb. 5 uşaq anası olan Raşel Keke Fransa vətəndaşlığını 2015-ci ildə əldə edib.

Ölkənin ən kasıb bölgəsindən olan sol ittifaqın namizədi Keke güclü rəqibi, keçmiş idman naziri Roksana Marasinyanyu geridə qoyaraq parlament üzvü seçilib. Keke 7-ci seçki dairəsində səslərin 50,3%-ni toplayıb.

Xanımın deputat seçilməsi ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanıb. Keke və tərəfdarları qələbəni birlikdə küçədə qeyd ediblər.

O ilk açıqlamasında xalqının səsi olacağını bildirib:

"Mən bu gün millət vəkili seçildim. Səsi olmayanların səsiyəm. Mən qulluqçuyam, təmizlikçiyəm, tibb bacısıyam. Bütün bu görünməyən peşələri milli parlamentdə görünən edəcəyəm. Mən öz dairəmdə gənclərlə görüşəcəyəm, çünki bu gənclər artıq həyata inanmırlar, çarəsizdirlər. Birgə işləyərək gənclərə Fransanı yeni sima ilə göstərəcəyik".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...