Anons

Bu gün, 15:24- COVID-19 pasportu olmayanlar bu yerlərdən istifadə edə bilməyəcək

Bu gün, 15:00- Milli Paralimpiya komandamız Tokio 2020-yə 36-cı lisenziyanı əldə edib

Bu gün, 14:32- Sabah “Bakı bəyannaməsi” imzalanacaq

Bu gün, 14:08- Azərbaycanın Türkiyəyə yeni səfiri təyin edildi

Bu gün, 13:47- Temperatur 8 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bu gün, 12:51- Bakıda 19 yaşlı gənc özünü 16-cı mərtəbədən atdı

Bu gün, 12:26- Bakıdakı otellərdə gizli kamera var? - ŞOK İDDİA

Bu gün, 11:32- Avqustun 2-dən bağçalara elektron qəbul başlayır

Bu gün, 11:05- Eldar Quliyev “Şərəf” ordeni ilə təltif edilib

Bu gün, 10:45- AKP nümayəndə heyəti Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Türk şəhidliyini ziyarət edib

24-07-2021, 16:59- İlin Uğurlu gənc iş xanımı Elvira Mirzalı: "Çox güclü xaraktere sahibəm".

23-07-2021, 19:22- Nərimanov rayon gəncləri arasında müsabiqə keçirildi - FOTOLAR

23-07-2021, 18:19- MÖCÜZƏLƏR DİYARI-GÖYGÖL, MARALGÖL, GÜZGÜGÖL

23-07-2021, 16:45- Azərbaycan komandası Tokioda Yay Olimpiya oyunlarının açılışında paraddan keçib

23-07-2021, 16:17- Kamil Xasiyev Azərbaycanın Serbiyada səfiri təyin edildi

23-07-2021, 15:26- Bu il Azərbaycanda dörd məşhur şəxsin heykəli qoyulacaq

23-07-2021, 15:00- Məşhur şirkət İsmayıllıda zavod tikəcək - EKSKLÜZİV

23-07-2021, 14:09- Müalicəvi idman üzrə mütəxəssis Xəyalə Dadaşova: "Uşaqlarla işləyirəmsə, səbrli və təmkinli olmalıyam”

23-07-2021, 13:41- Yeni əlillik təyinatı ilə bağlı qanunda dəyişiklik edilib

23-07-2021, 13:19- Şimal və qərb rayonlarında intensiv yağış yağacaq, dolu düşəcək

Haqqımızda Əlaqə

Dünyanı silkələyən SƏYAHƏT - Adi fəhlə oğlu necə məşhurlaşdı...

Tarix:12-04-2021, 10:38

Dünyanı silkələyən SƏYAHƏT - Adi fəhlə oğlu necə məşhurlaşdı... 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin kosmosa uçub. "Vostok" kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib.

SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda da bir çox ölkələr tərəfindən bu gün qeyd olunur.

O zamanlar kosmosun fəthi ilə bağlı iki superdövlət – ABŞ və SSRİ arasında gərgin mübarizə gedirdi.

1961-ci ilin aprel ayının sonu – mayın əvvəlində Amerikada kosmosa uçuşun baş tutacağı haqqında SSRİ rəhbərliyində məlumat olub. Belə ki, 1961-ci ilin əvvəllərindən ABŞ astronavtı Alan Şepard orbitaltı uçuş üçün məşq edirdi. O “Redstone” adlı raketlə 1961-ci ilin mayında kosmosa uçmalı idi.

Sovet Kosmik Proqramının baş alimi Sergey Korolyov amerikalıların birinci olacağından narahat idi.

“Soyuq müharibə” illərində bu cür “birincilik” təbliğat aləti idi və texnologiyalarda kimin meydan suladığını göstərməli idi.

Bu səbəbdən də amerkalıları qabaqlamaq üçün vaxtından əvvəl hazırlıq işlərinə son qoyuldu və Qaqarin kosomosa göndərildi. Qaqarinin kosmosa uçuşunu Qərbdə bir çoxları Sovet İttifaqının növbəti təbliğatı kimi qarşıladılar.

Bu xəbər SSRİ ilə “soyuq müharibə” aparan ABŞ-da hiddət doğurmuşdu. Sovet İttifaqının “cavabını vermək” növbəsi ABŞ-ın o zamankı prezident Con Kennedinin üzərinə düşürdü. O xəbəri alanda “sovetlər bizi ipləmə yerinə qoymuşdular” demişdi.

Kennedi vise-prezident Lindon Consona bu işlə şəxsən məşğul olmağı tapşırmışdı.

ABŞ-da hesab edirdilər ki, SSRİ-dən geri qalmaq çox təhlükəlidir.


Y.Qaqarin özünün 108 dəqiqəlik tarixi orbital uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı. Yuri Qaqarin Sovet İttifaqının kosmosa göndərmək üçün seçdiyi 19 kosmonavtdan biri idi. Sonradan bu siyahı daha da qısaldılmış, orada yalnız iki nəfərin – Yuri Qaqarin və Gürman Titovun adları qalmışdı.

Bəzi araşdırmaçılar iki nəfərdən Qaqarinin seçilməsinə səbəb kimi onun daha sadə ailədən çıxmasının göstərirlər. Qaqarin fəhlə oğlu idisə, Titovun atası ziyalı idi.

Ancaq bu fikirlə razılaşmayanlar qeyd edirlər ki, hər halda əsas rolu Qaqarinin hazırlığı oynamılşdı. Beləliklə, dünyada insanın ilk kosmik uçuşu 1961-ci ildə aprelin 12-də Qazaxıstandakı Baykonur kosmodromundan başladı.

Kosmosa adi fəhlə balası kimi uçan gənc Yerə ən məşhur insan kimi qayıtdı. 14 aprel 1961-ci ildə o, SSRİ-nin ən yüksək təltifinə, Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Yuri Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olub. O, Moskvada Kreml divarında dəfn olunub. Y.Qaqarinin həlak olduğu qəzanı araşdıran komissiyanın rəyinə görə, qəzaya dispetçerin səhvi səbəb olub.

Qeyd olunur ki, təlimatçı Vladimir Seryoginlə birgə uçuş keçirən Yuri Qaqarin tapşırığın birini yerinə yetirdikdən sonra kursun dəyişməsi üçün icazə istəyib. Dispetçerin icazəsindən sonra Y.Qaqarinin təyyarəsi qismən aşağı enərək hədəflə toqquşub.

Bununla belə, bu qəza və Yuri Qaqarinin ölümü ilə bağlı indiyə kimi bir çox versiyalar irəli sürülməkdədir: düzgün verilməyən hava proqnozu, kosmonavtların sağlamlıq durumunun qaydada olmaması, texniki nasazlıq, qeyri-düzgün idarəetmə və hətta siyasi motivlər.

Qeyd edək ki, məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə bir çox proqram həyata keçirilib, orbitdə 30-dan çox ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Onu da bildirək ki, K.Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub.

Bütün kosmonavtlar uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Maraqlı bir fakt kimi qeyd edək ki, həmin dövrdə televiziyada kosmonavtın hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtın üzü görünsə də, məruzə etdiyi şəxsin televiziyada göstərilməsi qadağan idi. Sonralar məlum oldu ki, həmin şəxs məhz K.Kərimovdur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...