Anons

Bu gün, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Bu gün, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

Dünən, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Dünən, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Dünən, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Dünən, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Dünən, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Dünən, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Dünən, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Dünən, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Dünən, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Dünən, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Dünən, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

16-05-2024, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

16-05-2024, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

16-05-2024, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

16-05-2024, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

16-05-2024, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

16-05-2024, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Haqqımızda Əlaqə

Beş ərəb ölkəsində dərin maliyyə böhranı yaranıb

Tarix:3-03-2021, 15:44

Beş ərəb ölkəsində dərin maliyyə böhranı yaranıb COVID-19 pandemiyası və silahlı münaqişələr səbəbindən 5 ərəb ölkəsi dərin maliyyə böhranı, milli valyutaların kursunun kəskin azalması ilə üzləşib.

Livan, Suriya, İraq, Sudan və Yəməndə milli valyutaların ABŞ dollarına qarşı dəyərdən düşməsi və inflyasiyanın yüksək səviyyəsi humanitar fəlakət həddinə çatıb.

Martın 3-də Livan funtunun dollara nisbətdə kursunun 10 mini keçməsi yeni etiraz dalğalarına səbəb olub. Paytaxt Beyrutda insanlar qiymətlərin artması və ərzaq qıtlığına etiraz nümayişləri keçirir. Livan hökuməti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının kredit şərtlərini qəbul etsə də, yaxın aylarda vəziyyətin sabitləşəcəyi mümkün deyil.

Suriyada da dolların kursu rekord həddə (1 dollar=4 min Suriya funtu) çatıb. On ildən artıq davam edən silahlı münaqişə nəticəsində iqtisadiyyatı tamamilə dağılmış bu ölkənin heç bir beynəlxalq kredit reytinqi yoxdur və maliyyə böhranının daha da dərinləşəcəyi, aclıq və səfalətin artacağı gözlənilir.

Yəmənin Baş naziri Main Əbdül Malik isə bəyan edib ki, milli valyutanın dəyərdən düşməsi ölkədə kütləvi aclıqla nəticələnə bilər. O, BMT-nin Baş katibi Antonio Quterreş ilə telefon söhbətində bildirib ki, yaxın günlərdə Yəmən rialının kursunun daha da aşağı düşməsinin qarşısı alınmazsa, humanitar fəlakət qaçılmazdır. Baş nazir BMT və Qərb ölkələrinin təcili yardımına ehtiyac olduğunu diqqətə çatdırıb.

İraq hökuməti isə büdcə kəsirini aradan qaldırmaq məqsədilə yeni devalvasiyaya getməli olub. Ötən ilin sonunda 1200 İraq dinarı olan 1 ABŞ dolları martın 3-də 1450 dinara çatıb. Ölkənin büdcəsi də təsdiq edilməyib və əsas ərzaq məhsullarının idxal edilməsi səbəbindən qiymətlər kəskin artıb.

Sudan hökuməti də milli valyutanın dəyərdən düşməsinin qarşısını ala bilmir. Belə ki, ötən il 150 Sudan funtu olan 1 ABŞ dollarının məzənnəsi 420 funta çatıb. Yüksək həddə inflyasiya və aclıq təhlükəsi nəticəsində ölkədə etiraz nümayişləri başlayıb. Efiopiyada silahlı münaqişə nəticəsində on minlərlə qaçqının bu ölkəyə pənah gətirməsi isə onsuz da ağır olan sosial-iqtisadi böhranı daha dərinləşdirib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...