Bu gün, 20:53- Qaradağ Rayon İcra Hakimiyyəti başçısının və millət vəkilinin təşəbbüsü ilə şəhid ailələrinə növbəti dəfə baş çəkilib
Bu gün, 19:25- 20 yanvar faciəsinin şəhidləri qan yaddaşımızda əbədi yaşayacaq
Bu gün, 12:09- Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı
Bu gün, 10:42- Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur
Dünən, 17:15- Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb
Dünən, 16:32- Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik
Dünən, 16:07- Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Dünən, 15:44- “Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək
Dünən, 15:20- Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
Dünən, 14:51- COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər - RƏSMİ
Dünən, 14:13- Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının görəcəyi işlər - SİYAHI
Dünən, 13:38- Qarabağ Dirçəliş Fondunun strukturu təsdiqləndi, nizamnamə fondu isə 1 milyon manatdır
Dünən, 13:06- Polietilen torbaların, birdəfəlik plastik qabların idxalına qadağa qoyuldu - DGK
Dünən, 12:47- Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək? - TƏBİB açıqladı
Dünən, 12:19- Azərbaycan regionda yeni reallıqlar yaradır
Dünən, 11:52- Azərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək
Dünən, 11:13- İbrahimoviç: “Mən Zlatana inanıram”
Dünən, 10:39- Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi
Dünən, 10:04- Azərbaycan 2020-ci ildə 13 milyard dollardan çox məhsul ixrac edib
18-01-2021, 22:28- Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi
Bu liman tənhadır üfüqdə səssiz,
İllərdir qayıtmır son gedən gəmi!
Apardı sonuncu sərnişini də,
Bir gecə limanı tərk edən gəmi!
Dalğa da yad olub bu sahillərə,
Ləpələr salamı uzaqdan verir!
Yel yerə əyilmir qumu "toz basıb"
Sakitcə bu yerdən külək qəm dərir!
Biləsən bir ümid asan yaranmır,
Ümid bir zirvədir, dəyərsə dağdır!
Kim demiş sonuncu ölən ümiddir,
Bir dəyər yaşarsa, ümid də sağdır!
Kənan Muxtar
Demirəm əlçatmaz birisən, əsla,
Sən mənim gözümdə tozsan, torpaqsan.
Məsəl var; kəsib heç tullamaq olmur,
Bax elə sən də o həmin barmaqsan!
Əslində bu elə çətin şey deyil,
Qorxuram adıma ləkə olasan.
Qıymıram bu daşlı, qalaqlı yolda
Qurdların ağzında tikə olasan.
Bilməzsən bu vicdan sədəqəsidir,
Neçə daş qəlblərə sevgi oymuşam.
İnsanlar soyuqdur üşüsən əgər
Gələrsən qapını açıq qoymuşam!
Kənan Muxtar
Bilmirəm nə üzlə istəyim səndən,
Yalvarım nə olar bir az qalasan.
Mən elə də yaxşı insan deyiləm
Gəlib ətəyimdə namaz qılasan.
Mən sənin çiyninə ağır gələrəm,
Bənd olub adıma yükü dünyanın!
Oynadı yerindən dağlar da amma
Tərpənmir halıma tükü dünyanın.
Bilmirəm, bəlkə də dağ mən özüməm
Yığılıb zirvəmə dərd qalaq-qalaq.
Qorxuram, çatdıqca əllərin mənə
Daş olub qalasan canından iraq!
Kənan Muxtar