Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Təhsil Nazirliyi dərslik çatışmazlığı məsələsinə aydınlıq gətirib

Tarix:13-10-2020, 11:32

Təhsil Nazirliyi dərslik çatışmazlığı məsələsinə aydınlıq gətirib Sentyabrın 15-dən ibtidai, oktyabrın 1-dən isə V-IX siniflər üçün əyani təhsilə start verilsə də, dərsliklərin tam təminatında problem olduğu ilə bağlı şikayətlər var. Bəzi valideynlər bildirirlər ki, siniflərdə bütün şagirdlərə dərslik çatmır.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik tədris ilinin başlanmasına 6 ay qalmış yerli təhsili idarəetmə qurumlarının təqdim etdiyi hər bir rayon (şəhər) üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin (lisey, gimnaziya, internat, məktəb və s.) 2020-2021-ci tədris ilinə dərslik tələbatı proqnoz məlumatları əsasında bütün dövlət ümumi təhsil müəssisələrini (lisey, gimnaziya, internat, məktəb və s.) yeni tədris ili ərəfəsində dərsliklərlə tam təmin edib: “Əgər hardasa dərsliklərin təminatında çatışmazlıqların olduğu iddia olunursa, ola bilsin ki, həmin ərazinin ümumi təhsil müəssisələri dərsliklərlə təmin olunduqdan sonra əhalinin həmin əraziyə miqrasiyası nəticəsində, yaxud şagird yerdəyişmələri hesabına təhsil müəssisələrinin şagird sayında artım olub və bu da nəticədə həmin təhsil müəssisələrində yeni tədris ilinin əvvəlində dərslik çatışmazlığına səbəb olub”.

Qeyd edilib ki, tədris ilinin əvvəlində bu və ya digər səbəblərdən ümumi təhsil müəssisələrində dərslik çatışmazlığı yarandığı təqdirdə bu çatışmazlıq ilkin olaraq, həmin ərazidə yerləşən ümumi təhsil müəssisələri arasında dərslik mübadiləsi yolu ilə aradan qaldırılır: “Bu mümkün olmadıqda, çatışmazlığın aradan qaldırılması üçün yerli təhsili idarəetmə qurumları tabe olduqları üst-qurumlara (Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Ərazi maliyyə hesablaşma mərkəzlərinə) müraciət edir. Həmin müraciətlər əsasında ümumi təhsil müəssisələrində yaranmış dərslik çatışmazlığı hər bir tədris ilinin əvvəlində üst-qurumlara ayrılan dərslik ehtiyatı hesabına təmin olunur.

Əgər yaranmış dərslik çatışmazlığının təminatında məsul qurumların məsələyə laqeyd yanaşması müşahidə edilərsə, o zaman Təhsil Nazirliyinin "Qaynar Xətt" Xidmətinə müraciət etməklə və ya [email protected] elektron poçtuna yazmaqla, dərslik çatışmazlığı haqqında Nazirliyə məlumat verilməsi tövsiyə edilir. Müraciət zamanı məktəb, sinif və dərsliyin adı mütləq bildirilməlidir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...