Anons

Bu gün, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Bu gün, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Azərbaycanda qızlar da, oğlanlar da evlənməyə GECİKİR

Tarix:21-02-2020, 12:34

Azərbaycanda qızlar da, oğlanlar da evlənməyə GECİKİR İllər ötdükcə Azərbaycanda gənclərin nikaha daxil olma yaşı da artır. Hazırda insanların bir çoxu 26 yaşından sonra nikaha girməyi planlasa da, digərlərinin nikaha daxil olma istəyi öz iradəsindən asılı olmur.

Əksəriyyət gec ailə qurmağı sosial problemlərlə əlaqələndirir.

Ekspertlər isə evlilik yaşının artmasını gələcəkdə demoqrafik baxımdan ölkə əhalisinin sayına ciddi təsir edəcəyini bildirirlər.

Əslində dünya ölkələrində bu yaş həddi normal hesab olunsa da, bizdə 25-i haqlamış gənclərə “evdə qalmış” yanaşması sərgilənir...

Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanı (VVADQ) tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Əgər üzrlü səbəblər olarsa, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda isə (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

Əvvəl nikah yaşı qızlar üçün 17, oğlanlar üçün isə 18 idi. Ailə Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra nikah yaşı həm qızlar, həm də oğlanlar üçün 18 yaş olaraq müəyyən olunub.

Yalnız üzürlü səbəb olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Üzrlü səbəblər kimi, tərəflərdən hər-hansı birinin valideynin xəstə olması, qızın hamilə olması və s. göstərilə bilər.

Belə bir icazə olmadıqda nikahın bağlanmasının əsas şərtlərindən biri olan yaş həddi gözlənilmədiyindən nikah rəsmi qaydada tanınmır və VVAQ orqanlarında qeydiyyata alınmır. Qanunvericiliyin tələblərinə əməl olunmadan, yaş həddini gözləmədən qeyri-rəsmi, dini kəbinlə ailə münasibətləri qursalar belə tərəflər arasındakı faktiki ailə münasibətlərinin heç bir hüquqi əhəmiyyəti olmur. 18 yaşı tamam olmayan şəxslər yetkinlik yaşına çatmayan şəxslər hesab olunduqları üçün qız və oğlanın razılığının heç bir əhəmiyyəti yoxdur.

Mövzu ilə bağlı Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq, son il 5 il ərzində Azərbaycanda kişilərin və qadınların nikaha daxil olma yaşını açıqlayıb.

Rəsmi məlumatlar da gənclərin nikaha daxil olma yaşının artdığını təsdiqləyir. Belə ki, 2014-2016-cı illərdə kişilərin nikaha daxil olmaq üçün orta yaş həddi 28,8 olsa da, 2017-ci ildə bu rəqəm 28,8-ə, 2018-ci ildə 29-a yüksəlib.

2014-2016-cı illər ərzində qızların nikaha daxil olmaq üçün orta yaş həddi 24,1 olsa da, 2017-ci ildə 24,2, 2018-ci ildə 24,3 olub.

2019-cu il üzrə statsitik göstərcilər isə qarşıdakı aylarda açıqlanacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...