Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcək

Tarix:18-02-2020, 15:31

Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcək
Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə fevralın 22-si saat 13:00-da Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları “Qarabağa Azərbaycandır!”, “Biz terrora yox deyirik”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış edəcəklər.

Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edəcəklər.

Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq.

Mitinqdə min nəfərdən çox soydaşımızın iştirakı gözlənilir. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənədin qəbulu və bir sıra beynəlxalq təşkilatlara ünvanlanması planlaşdırılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...