Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Dermatoveneroloq Aynur Bədəvi: "İşdənkənar çox mülayim biriyəm"

Tarix:11-05-2021, 11:32

Dermatoveneroloq Aynur Bədəvi: "İşdənkənar çox mülayim biriyəm"
- Aynur xanım, nece oldu ki, həkim oldunuz?

- Bağçada, məktəbdəki tədbirlərdə mənə həmişə həkim rolları düşürdü. Elə o zamandan bu sahəyə marağım yarandı və gəlib bu yerə çıxdım.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 12 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.

- Bu illər ərzində nəyi müşahidə etdiniz?

- Bilirsiniz, hər kəs həkim olmaq istəyə bilər, amma hamı ola bilməz. Bu peşə ilk növbədə güclü iradə, səbr və s. tələb edir. Bizim sahəmiz hər gün yenilənir. Biz də bu yenilikləri öyrənib öz işimzdə tətbiq etməliyik. Bir sözlə, hər gün nəsə oxuyub öyrənməliyik.

- Niyə məhz dermatologiyanı seçdiniz?

- Mən əvvəl ginekoloq olmaq istəyirdim. Sonra fikrimi dəyişdim. Bu sahəyə yaxın olan bir sahəni seçdim. Dəri-zöhrəvi xəstəliklərlə məşğul olmaq qərarına gəldim. Bizdə belə bir anlayış var ki, bir həkim xəstəni sağaldırsa, o, yaxşı həkimdir (gülür). Dermotologiyada hər şey vizualdır. Gözlə görünür. Mən özümü gözlə görünməyən hər hansısa bir daxili orqanı müalicə edən həkim olaraq görmədiyim üçün özümü dermatologiyada tapdım.

- İndi bir çoxları dermatologiyadan məlumatsız halda kosmetoloq kimi fəaliyyət göstərirlər. Buna münasibətiniz necədir?

- Mənim tanıdığım insanların bir çoxu məhz kosmetoloq olmaq üçün təhsil alıblar. Mən də maddiyatı düşünsə idim, on il öncə kosmetoloq olardım. Amma mən son beş ildə bu sahəyə ona görə gəldim ki, dırnaqarası kosmetoloqlara örnək olum. Buna haqqım da var. Dərinin quruluşundan xəbəri olmayan insanların dəriyə müdaxilə etməyə ixtiyarı yoxdur.

- İşdənkənar necə birisiniz?

- Mən özümə qapanan adam deyiləm. Ünsiyyətciləm. İşdə tələbkar olsam da, işdənkənar çox mülayim biriyəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. Üç övladım var.

- Ailə həyatı ilə bu iş alınırmı?

- Bəli, alınır. Mən karyeramın müəyyən bir həddinə gəlib çatdıqdan sonra ailə qurdum. Bu addımı atdığıma görə çox məmnunam.

- Bu sahədə narazı qaldığınız məqamlar varmı?

- Narazı qaldığım məqamlar çoxdur. Məsələn, çox vaxt kosmetoloqlarla dermatoloqlar arasında "toqquşma"lar olur. Biri digərinin işini bəyənmir və s. Mən istərdim ki, beynəlxalq bir konfrans təşkil olunsun. Həmin konfransda dermatoloqlar, kosmetoloqlar, üz-çənə cərrahları iştirak etsinlər. Hər hansı bir problemi müzakirə edib onun həlli yolu üçün ortaq bir məxrəcə gəlsinlər.

- Hər bir həkimin işləmə üsulu var. Sizdə necədir?

- Mən pasientlərimlə hər zaman ünsiyyətdə qalmağı xoşlayıram. Çox vaxt mənə deyirlər ki, siz hər pasienti necə yadınızda saxlayırsınız? Mən hər pasientimlə bağlı məlumatları qeydiyyat dəftərimə yazıram. Hər xəstə barədə anamniz yazıram və təyinat verirəm. Pasientlərim üçün onları yaddaşımda saxlamaq, müalicədən uzun müddət keçməsinə baxmayaraq, hal-əhval tutmağım gözlənilməz olur.

- Gözlə qaş arasında nə baş verdi?

- İllər öncə bəlkə də ağlıma gəlməzdi ki, indi olduğum yerdə belə tez olaram. Amma bu yerə gələnə qədər çox mənəvi çətinliklərim oldu. Peşman deyiləm. Elə həkimlər var ki, onlar vaxtında gördükləri çətinliyə görə övladlarının həkim olmağını istəmirlər. Amma mən istərdim ki, övladlarımın hər üçü, heç olmasa biri həkim olsun.

- Mən Hippokrat andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bizim cəmiyyətdə həkimlik peşəsinin aliliyi tam dərk olunmaz. İnsanlar öz sağlamlıqlarına qarşı məsuliyyətli olsalar, bəlkə həkimliyin də nə qədər məsuliyyətli peşə olduğunu dərk edərlər.

Həkimlə əlaqə: (070)2821121

Dermatoveneroloq Aynur Bədəvi: "İşdənkənar çox mülayim biriyəm"
Dermatoveneroloq Aynur Bədəvi: "İşdənkənar çox mülayim biriyəm"
Dermatoveneroloq Aynur Bədəvi: "İşdənkənar çox mülayim biriyəm"
Dermatoveneroloq Aynur Bədəvi: "İşdənkənar çox mülayim biriyəm"
Dermatoveneroloq Aynur Bədəvi: "İşdənkənar çox mülayim biriyəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...