Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

İlahə İbadova: "Onları fikirləşəndə ətim ürpənir"

Tarix:9-03-2020, 13:07

İlahə İbadova: "Onları fikirləşəndə ətim ürpənir"
Stimulxəbər.az 365.az-aistinadən İlahə İbadova ilə olan müsahibəsini təqdim edir:

- İlahə xanım, artıq uzun zamandır ki, özəl müsahibə vermirsiniz. Bu zaman kəsiyində sizin üçün nə dəyişdi?

- Dəyişilən həyata baxış, fikirlər, həyatımdakı gedişat və s. ola bilər.

- Həyatınızdakı gedişat sizi qane edirmi?

- Şükürlər olsun bu günə. Mən hər zaman şükr etməyi bacarmışam. İnsan gərək hər halına şükr etməyi bacarsın.

- Sanki mətbuatdan bir qədər uzaq qalmısınız. Bunun özəl bir səbəbi varmı?

- Son zamanlarda qeyri-peşəkar jurnalistlərin özlərindən yazdıqları başlıqlar, qurub-quraşdırdıqları cümlələr məni mediadan kənarda qalmağa vadar edir. Bir də görürsən, elə başlıqlar yazırlar ki, adam özü şoka düşür. Ona görə də susmağı üstün tuturam.

- Məsələn, sizi şoka salan xəbər hansı olub?

- Məsələn, sonuncu müsahibəmdə ailədən sual verildi. Yoldaşımdan və sevdiyim soruşuldu. Cavab verdim ki, indiki yaşımla o vaxtkı yaşım bir deyildi. İnsam yaşa dolduqca daha da kamilləşir və hər bir hissi aydın şəkildə seçə bilir. Qeyri-peşəkar jurnalistlər müsahibəmi tam verməyərək belə bir başlıq qoymuşdular - "ərimi yox, başqasını sevmişəm". Oxuyanların isə mövzudan xəbərsiz olduqları üçün ağızlarına gələni deməsi məni bərk əsəbləşdirirdi. Təbii ki, burada səhv jurnalistlərindir. Düzgün məlumat verilsəydi, oxucular nə demək istədiyimi aydın başa düşərdirlər.

- Son zamamlarda şou-biznes nümayəndələri arasında dəbdə olan "həci"lərə münasibətiniz necədir?

- "Həci" sözünü ilk öncə hacıdır. Hacı deyilsə, daha doğru olar. Hacı titulu elə belə deyil. Allahın ürəyində hiss edən, ziyarət gedənlərin yerinə sevinirəm və qəlbində Allah qorxusu hər bir kəsə hörmətlə yanaşıram. Lakin bəziləri bu müqəddəs adı ucuzlaşdırıb. Bu, yolverilməzdir.

- İndi sponsor adı ilə müğənnilərin bir çoxu ilə yaşayan bəylər var. Bunu normal hesab edirsinizmi?

- Bizdə sponsor anlayışını pis qələmə veriblər. Sponsor tam başqa anlamdır. Xanımın evləndiyi bəyi, yaxud da sevdiyi şəxsi sponsor adlandırmaq olmaz.

- Bəs sizin özünüzə sahiblənmək istəyənlər olubmu?

- Əlbəttə, olub. Amma mənim qəlbimi ələ almaq bir o qədər də asan deyil. Ümumiyyətlə, qadın otuz yaşından sonra çox təhlükəlidir. Çünki, həm ağıllıdır, həm gözəldir, həm də cazibədar. Aldatmaq çətindir.

- Özünüzü daha çox gözəl hesab edirsiniz, yoxsa cazibədar?

- Mən özümü daha çox şirin hesab edirəm (gülür).

- Nadir xanım müğənnilərdənsiniz ki, heç bir plastik əməliyyat etdirməmisiniz. Lüzüm olsa, haranızı əməliyyat etdirmək istərdiniz?

- Bəli, təbii ki, lazım olmadıca istəmərəm əməliyyat etdirim. Zaman dəyişdikcə, hər şey dəyişir. O vaxt qəbul olunan bəzi şeylər indi olunmur. Bir sıra müğənni, aktrisalarımız necə idisə, elə də qəbul edilirdi. Amma tamaşaçı indi tam başqa obraz görmək istədiyi üçün bəzən məcbur qalır sənət insanlarımız. Özümə gəldikdə, lazım olsa, əməliyyat etdirərəm. Amma hələ lüzum yoxdur.

- Lezbiyanlara və geylərə münasibətiniz?

- Onlardan, ümumiyyətlə, danışmaq istəmirəm. Onları fikirləşəndə ətim ürpənir.

- Lezbiyanlardan təklif almısınızmı heç?

- Kiməsə o icazəni və haqqı verən nəsə bir hərəkət etmərəm ki, o sözü və ya təklifi eşidəm. Xeyr, almamışam.

- Gəlin, etiraf edək ki, bir neçə il bundan öncə İlahə İbadova adı daha popular idi. Razısınızmı?

- İnsanların musiqi zövqü dəyişib. Milli musiqidən və klassik musiqidən başqa nə desən var. Televiziyanı, mətbuatı qınayıram. Çünki hansısa musiqimizi bərbad edənləri efirə çıxardırlar. İnsanlar da elə düşünr ki, efirə çıxardırlarsa, demək ki, bundan yaxşısı yoxdur. Tədbirlərə, toylara çağırırlar.

- Belə anladım ki, musiqimizin indiki vəziyyəti sizi qane etmir.

- Bəli, qane etmir. Mən peşəkar musiqiçiyəm, musiqi təhsilim var. Oxuduğum hər mahnıya fikir verirəm. Çalışıram ki, özümünküləşdirməklə yanaşı, ortaya maraqlı və peşəkar bir iş çıxardım.

Cavidan Abdullayev

İlahə İbadova: "Onları fikirləşəndə ətim ürpənir"
İlahə İbadova: "Onları fikirləşəndə ətim ürpənir"
İlahə İbadova: "Onları fikirləşəndə ətim ürpənir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...