Anons

Dünən, 17:00- Bakıda “Qələbə hünəri” adlı rəsm sərgisi açılacaq

Dünən, 16:35- Azərbaycana gətirilən avtomobillərin sayı AÇIQLANDI - RƏSMİ

Dünən, 16:08- Həkim-kosmetoloq Nurlana Ələkbərova: "Daha çox təbiiliyə üstünlük verirəm"

Dünən, 15:26- ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib

Dünən, 15:00- Sabah Bakıda yağış yağacaq

Dünən, 14:34- Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Dünən, 14:07- Zəfər gününün tədbirlər planı təsdiqlənib - Parad GÖZLƏNİLİR

Dünən, 13:43- Münaqişəli ailələrdə böyüyən yeniyetmələrin davranışları

Dünən, 13:19- Ötən həftə 140 hektardan çox ərazi minadan təmizlənib

Dünən, 12:51- Bakıda bu məktəb 2 həftəlik bağlandı - Yoluxma sayı yüksəkdir

Dünən, 12:25- “Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib

Dünən, 12:00- Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək

Dünən, 11:06- Yaşadılan tarix şanlı tarixdir...

Dünən, 10:44- 44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr

Dünən, 10:18- Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 30 il ötür

15-10-2021, 17:09- Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ

15-10-2021, 16:58- Həkim-kosmetoloq Sevinc Xankişiyeva: "Özümü bu sahədə xoşbəxt hiss edirəm"

15-10-2021, 16:23- Azərbaycanda işsiz şəxslərlə bağlı yeni konsepsiya hazırlanıb

15-10-2021, 16:00- Azərbaycanda təhsil alan əcnəbi tələbələrin SAYI

15-10-2021, 15:37- Azərbaycanda vərəmin ən çox yayıldığı bölgələr açıqlanıb

Haqqımızda Əlaqə

Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

Tarix:16-09-2021, 17:00

Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib
İctimaiyyətə məlum olduğu kimi, iki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. Etiraf etməliyik ki, bu baxımdan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir. Bu gün kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir. Öncə də bildirdiyimiz kimi, pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanmışdır.

Bu barədə Mədəniyyət Nazirliyinin məlumatında deyilir.

Qeyd edilir ki, hazırda davam edən Bakı Caz Festivalının, ötən il online formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü özündə ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir.

Bu festivallar bizim üçün bir sınaq rolunu oynayır. Belə ki, gedişat uğurlu olarsa, bunu teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım hesab etmək olar. Doğrudur, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti vaksinasiyadan keçmişdir. Ancaq bu işdə təkcə müəssisələrə deyil, vətəndaşlarımızın da üzərinə sosial məsuliyyət düşür. Vaksinasiya prosesində uğurlu nəticələr əldə edildikdən sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin ənənəvi qaydada bərpa ediləcəyinə ümid edirik.

İnanırıq ki, bu bəla xalqımızın başı üzərindən sovuşacaq və ölkəmizdə həyat tezliklə öz axarına qayıdacaq. Amma hələ ki, bu real təhlükə mövcuddur və dövlətimiz ilk növbədə əhalinin sağlamlığını düşünməyə məcburdur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...