Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

“Alagöz” beynəlxalq kinolayihələr müsabiqəsinin finalinda

Tarix:13-07-2021, 10:19

“Alagöz” beynəlxalq kinolayihələr müsabiqəsinin finalinda Ukraynanın Kino məsələləri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən kinolayihələr müsabiqəsində ölkəmizi “Alagöz” layihəsi təmsil edir. Müsabiqəyə təqdim olunan 16 ssenari arasında altı finalçı seçilib ki, onlar arasında “Alagöz” də var.

Prodüser və rejissor Mariya İbrahimovanın quruluşunda çəkiləcək layihə, prodüser Zeynep Atakan (“Zeyno-Film” -Türkiyə) və prodüser Olqa Matat (“Evos film”-Ukrayna) tərəfindən təqdim olunacaq.

Ukrayna Dövlət Kinematoqrafiya ekspert komissiyası ssenariyə “metaforikliyi, poetikliyi və tarixin orijinallığını”qeyd edərək səs vermiş və “sevgi və sevimli atına sədaqəti onun həyatına məna verən insanın taleyi tarixinin dramatikliyini” layiqincə qiymətləndirmişlər. Onlar həmçinin əsas qəhrəmanların təsviri üslubunun seçimini, münaqişələrin bədii doğruluğunu və onların həllini, həmçinin personajların mahiyyətini aşkar edən süjet xətlərinin strukturunu qeyd ediblər.

Filmin prodüseri Olqa Matat bildirib ki, layihə Ukrayna ictimaiyyəti üçün maraqlıdır: “Çünki Azərbaycan Tarixi Ukraynanın gerçəkliyi ilə üst-üstə düşür: “Biz Azərbaycanı özümüz kimi hiss edirik və anlayırıq. Azərbaycanın qələbəsi və öz torpağının qaytarılması bizə gələcəyə ümid verir”.

Xatırladaq ki, “Alagöz” layihəsi bundan əvvəl də bir neçə beynəlxalq müsabiqədə iştirak etmişdi. Belə ki, layihə Portuqaliyada FEST –New Directors/New Films festivalında qalib gəlmiş, Odessa Beynəlxalq Film Festivalında təqdim edilmiş və Berlin Film Festivalının co-Production Market Talents bölməsində iştirak etmək üçün seçilmişdir.

Son olaraq qeyd edək ki, Ukraynada qələbə qazanacağı təqdirdə, “Alagöz” layihəsi Ukraynanın Kino məsələləri üzrə Dövlət Agentliyi tərəfindən qismən maliyyələşdiriləcək və İstehsalatda Ukrayna kino mütəxəssisləri də iştirak edəcəklər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...