Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Aşıq Ələsgərin 200 illiyi ilə bağlı tədbirlər keçirilib

Tarix:15-04-2021, 12:46

Aşıq Ələsgərin 200 illiyi ilə bağlı tədbirlər keçirilib Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Gədəbəy Aşıq Məktəbində ustad dərsləri, Gədəbəy rayon Heydər Əliyev Mərkəzində aşıq sənətinə həsr olunmuş beynəlxalq onlayn elmi konfrans keçirilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aşıq sənəti kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Aşıqlar Birliyinin (ABB) üzvü Hafiz Kərimovun iştirakı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla təşkil edilən ustad dərsləri aprelin 13-də gerçəkləşib.

Ustad dərsləri çərçivəsində iştirakçılara notlarla bağlı zəruri məlumatlar verilib. İştirakçılar aşıq sənətində notlardan istifadə olunması və öyrənilməsi mövzusunda belə ustad dərslərin davam etdirilməsi ilə bağlı fikirlərini bildiriblər.

Aprelin 14-də isə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş beynəlxalq onlayn elmi konfrans keçirilib.

Konfransa AMEA-nın Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, Urmiya Universiteti Ədəbiyyat İnstitutunun Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mirəli Rizai, Konya Mədəniyyət Turizm Birliyinin üzvü, Konya Aşıqlar bayramının təşkilatçısı Arif İnan Yıldırım (Türkiyə), L.N.Qumilev adına Avrasiya Milli Universiteti “Otırar kitabxanası” Elmi Tədqiqat Mərkəzinin baş elmi işçisi Erkegül Arykkarkızı (Qazaxıstan), Qırğızıstan-Türkiyə Manas Universitetinin Təsviri incəsənət fakültəsinin müəllimi Sebahattin Sivrikaya, ABB-üzvü Hüseyn Dəryahquliyev (Qazax rayonu), ABB-nin Gəncəbasar bölgəsi üzrə sədr müavini, Gəncə Musiqi Kolleci və Z.Qayıbov adına Uşaq musiqi məktəbinin saz ixtisası üzrə müəllimi İlqar Nəcəfov, ADMİU-nun Aşıq sənəti kafedrasının baş müəllimi Hafiz Kərimov, Gədəbəy Aşıq Məktəbinin direktoru, ABB üzvü Etibar Əliyev, Əməkdar mədəniyyət işçisi, ustad aşıq İmamverdi Mustafayev, Gədəbəy rayonu Arısu kənd məktəbinin direktoru Rauf Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Əliyev, Şəmkir Regional Mədəniyyət İdarəsinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin MEMİM-in əməkdaşları qatılıb.

Konfransda Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatına töhfələri, habelə Türk dünyası aşıq sənətinə təsiri haqqında fikir mübadiləsi aparılıb.

İştirakçılar aşıq sənətinin günümüzdə inkişafı, tədrisi və gələcək nəsillərə ötürülməsi ilə bağlı çıxışlar ediblər. Aşıq sənətinin Türk dünyasını mənəvi bağlarla birləşdirən ən önəmli amillərdən biri olduğu xüsusilə vurğulanıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...