Anons

Bu gün, 12:51- Azərbaycanda 30 nəfər dəm qazından zəhərlənib

Bu gün, 12:25- Operativ Qərargah Yeni illə bağlı QƏRAR VERƏCƏK

Bu gün, 12:00- Oskar uğrunda yarışacaq xarici filmlərin siyahısı açıqlanıb

Bu gün, 11:38- Azərbaycanda turizm bələdçilərinin milli sertifikatlaşdırılmasına başlanılır

Bu gün, 11:04- Jurnalistlərlə kobud rəftar edən DSX əməkdaşı cəzalandırılıb

Bu gün, 10:46- DİN Bakıda şagirdin neqativ hərəkətləri ilə bağlı iddiaları yoxlayır

Bu gün, 10:13- İbrahimoviç Messi və Ronaldo arasında seçim edib

Dünən, 22:56- Səbinə Xasayeva Korgöz qəsəbəsində bir qrup vətəndaşı qəbul edib

Dünən, 17:08- Cari ilin 9 ayı ərzində təbiətə vurulan zərər açıqlandı

Dünən, 16:41- İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən mobil baza stansiyalarının sayı açıqlandı

Dünən, 16:17- Amnistiya aktı ilə 1921 şəxs azadlığa buraxılıb

Dünən, 15:52- Yeni il yarmarkalarında qiymətlər necədir?

Dünən, 15:25- Zəfər günü ilə bağlı amnistiya indiyə qədər 3676 məhkuma şamil edilib

Dünən, 15:00- Geri qayıdacaq köçkünlərin statusu ilə bağlı sənəd hökumətə TƏQDİM OLUNDU

Dünən, 14:34- Sabaha gözlənilən hava PROQNOZU

Dünən, 14:06- Azərbaycan daha iki beynəlxalq sənədə qoşulur

Dünən, 13:43- Helikopter qəzasında şəhid olanların ailələrinə nə qədər kompensasiya veriləcək? -AÇIQLAMA

Dünən, 13:19- Prezident İlham Əliyev bu şəxslərə “Əməkdar mühəndis” fəxri adı verib - SİYAHI

Dünən, 12:51- Britaniya Azərbaycandan gələnlər üçün giriş qaydalarına dəyişiklik edib

Dünən, 12:22- Gələn ildən azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək bu şəxslərə vergi güzəştləri olacaq

Haqqımızda Əlaqə

Azərbaycan Bəstəkarlar İttifaqının BƏYANATI

Tarix:13-10-2020, 15:07

Azərbaycan Bəstəkarlar İttifaqının BƏYANATI Azərbaycan Bəstəkarlar İttifaqı beynəlxalq hüquq normalarını kobudcasına pozan işğalçı erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin mülki əhalisinə qarşı törədilmiş vandalizm aktı ilə bağlı bəyanat yayıb.

Bəyənatda deyilir:

“Humanitar atəşkəs rejiminə məhəl qoymayan ermənilər tərəfindən gecə saatlarında, dinc əhalinin öz evində yatdığı bir zamanda Gəncə şəhərinin ballistik raket ilə vurulması nəticəsində 10 nəfər mülki əhali, o cümlədən uşaqlar, qadınlar həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan dəyib. Gəncə əhalisinin sayına görə Azərbaycanın ikinci iri şəhəri olmaqla yanaşı, həmçinin respublikanın ən böyük mədəni mərkəzlərindən biridir. Gəncə XII əsrdə yaşayıb-yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətənidir. Burada çoxlu sayda qədim tarixi-memarlıq abidələri, o cümlədən, Nizami Gəncəvinin Məqbərəsi, muzeylər, məscidlər, karvansaralar və s. mövcuddur. Gəncə şəhərinin qədim musiqi ənənələrinə malik olması dahi şair Nizaminin şeirlərində öz əksini tapmışdır. Gəncə şəhəri həmçinin, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Fikrət Əmirov, Qəmbər Hüseynli və b. görkəmli şəxsiyyətlərin vətənidir. Bu gün Gəncə öz fəal mədəni həyatına davam edir. Burada yeni tikilmiş F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası fəaliyyət göstərərək, klassik musiqidən ibarət konsertlərin, habelə maraqlı festivalların keçirildiyi məkana çevrilib. Azərbaycan Bəstəkarlar İttifaqının Gəncədə Bölgə Təşkilatı fəaliyyət göstərir. Hazırda təşkilata istedadlı bəstəkar və gözəl musiqiçi, Respublikanın Əməkdar artisti Məmməd Cəfərov rəhbərlik edərək, şəhərin musiqi-mədəni tədbirlərinin təşkilində əzmlə çalışır. Onun xidmətlərini nəzərə alaraq, Bəstəkarlar İttifaqı tərəfindən Bakıda bəstəkarın 60 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilmiş və bu tədbirlər Respublikanın mətbuat səhifələrində işıqlandırılmışdır. ABİ-nın Gəncə Bölgə Təşkilatında həmçinin, musiqişünas, sənətşünaslıq üzrə elmlər doktoru, Gəncənin musiqi mədəniyyəti və incəsənət xadimləri haqqında çoxlu sayda elmi tədqiqatların müəllifi olan Sevda Qurbanəliyeva geniş fəaliyyət göstərir.

S.Qurbanəliyevanın Bəstəkarlar İttifaqının zalında keçirilən “Nizami və musiqi” adlı kitabının təqdimatı böyük maraq və əks-səda doğurub. 2019-cu ilin iyun ayında Gəncə şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 85 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Səyyar Plenum keçirilib. Plenumda Xalq artisti, bəstəkar Sərdar Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Plenumun proqramında Azərbaycan bəstəkarları – Ü.Hacıbəyli, A.Zeynallı Q.Qarayev, F.Əmirov, Niyazi, T.Quliyev, T.Hacıyev, D.Dadaşov, F.Əlizadə, C.Abbasov, S.Fərəcov, M.Cəfərov, C.Allahverdiyev, F.Allahverdi, Q.Məmmədov və b. əsərləri ifa edilmişdir. Plenumun işinə yekun vuran musiqişünaslıq konfransı və dəyirmi masada Plenumun Gəncənin mədəni həyatında əhəmiyyəti qeyd olunub. Bu qədim şəhərin elmi və mədəni həyatında böyük əhəmiyyət kəsb edən hadisələrdən biri də burada “Zəriflik” Beynəlxalq Musiqi Festivalının keçirilməsi oldu. Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş bu festivalda müxtəlif ölkələrdən məşhur opera müğənniləri Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış edib.

Gəncənin zəngin mədəni həyatını əks etdirən bütün bu faktları xatırlayarkən, Ermənistanın Respublikamızın bu mühüm mədəni mərkəzinin dağıdılmasına və onun dinc əhalisinin məhv edilməsinə yönəlmiş barbarlıq hərəkətlərinə qarşı öz hiddətimizi və etirazımızı bildiririk. Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri erməni işğalçılarını lənətləyir və doğma torpaqlarımızın azad edilməsi yolunda mübarizə aparan Azərbaycan Ordusunu hər zaman dəstəkləyir. Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat ianə köçürüb. Bütün bəstəkarlarımız əsgərlərimizin döyüş ruhunu yüksəltmək üçün yeni mahnı və marşlar yazmağı özlərinə şərəfli vəzifə bilirlər. Respublika Radiosu və Televiziyası ilə verilən hər yeni informasiyadan sonra bəstəkarlarımızın yazdığı yeni vətənpərvərlik əsərləri səsləndirilir. Lirik səciyyəli əsərlərdən qəhrəmanlıq marşlarınadək müxtəlif üslubları əhatə edən bu əsərlərin hər birində sonsuz qələbəyə inam hissi aşılanır”.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Bəstəkarlar İttifaqı Ali Baş Komandan, Prezident İlham Əliyevi dəstəkləyir, işğalçı erməni silahlı qüvvələri tərəfindən humanitar atəşkəs rejimindən sonra Gəncənin mülki əhalisinə qarşı törədilmiş bu terror aktını lənətləyir, öz dərin hiddət və etirazını bəyan edir. Qarabağ Azərbaycandır!скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...