Anons

Bu gün, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Bu gün, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

“Azərbaycanım” fotomüsabiqəsi üzrə sərgi və qaliblərin mükafatlandırma mərasimi keçirilib

Tarix:27-12-2019, 14:14

“Azərbaycanım” fotomüsabiqəsi üzrə sərgi və qaliblərin mükafatlandırma mərasimi keçirilib
Dekabrın 26-da Heydər Əliyev Mərkəzində “Azərbaycanım” müsabiqəsinə təqdim olunan fotolardan ibarət sərgi və qaliblərinin mükafatlandırılması mərasimi olub.

“Regional İnkişaf” İctimai Birliyi və “Orxan Aslanov studiyası”nın birgə elan etdiyi müsabiqəyə 3000-dən çox foto təqdim edilib. Onların arasından seçilən 165 foto Heydər Əliyev Mərkəzindəki sərgidə nümayiş edilib.

Layihə ölkənin unikal təbiətini, qədim tarixini, zəngin mətbəxini, adət-ənənələrini, mədəniyyət və incəsənətini, insanların sosial həyatını fotolarla geniş ictimaiyyətə tanıtmaq, eləcə də gənclərin fotoqraflıq peşəsinə marağını artırmaq, istedadları üzə çıxarmaq və onların fərdi bacarıqlarının inkişafına dəstək məqsədilə həyata keçirilib.

Fotoqraf Orxan Aslanov çıxışı zamanı sərginin keçirilməsində Heydər Əliyev Mərkəzinə və “Regional İnkişaf” İctimai Birliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, bu ideya qeyri peşəkar fotoqrafları bir araya toplamaq üçün yaranıb.

Layihənin qaydalarına əsasən, birinci yerin qalibi Sənan Müşayev, ikinci yerin qalibi müsabiqənin “Instagram” səhifəsində fotoların bəyənilmə sayı və münsiflər heyətinin rəyi əsasında Süleyman Süleymanlı, üçüncü yerin qalibi isə sərgi zamanı keçirilən səsvermə nəticəsində Nicat Adıgözəlov müəyyən edilib.

Tədbirdə qaliblərə qiymətli hədiyyələr və diplomlar, fərqlənən iştirakçılara həvəsləndirici mükafatlar təqdim olunub.

Layihənin davamı olaraq regionlarda fotoqrafiya təlimləri və sərgilərin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqə noyabrın 18-dən dekabrın 18-dək davam edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...