Anons

Bu gün, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Bu gün, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi keçiriləcək

Tarix:3-12-2019, 10:04

Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi keçiriləcək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il dekabr ayının 20-dən 27-dək Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi keçiriləcək.

Sərginin açılışı dekabr ayının 20-də, saat 18:30-da Muzey Mərkəzində baş tutacaq.

Kamil Nəcəf oğlu Nəcəfzadə (29 dekabr 1929-cu il – 29 iyun 2011-ci il) Lənkəran şəhərində anadan olmuşdur. O, 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. Kamil Nəcəfzadə 1955-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunda təhsilini tamamlamış və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rəssam kimi çalışmışdır.

Kamil Nəcəfzadə 40-a yaxın filmin quruluşçu rəssamı olmuşdur.

O “Bir məhəlləli iki oğlan”, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Mən rəqs edəcəyəm”, “Bir cənub şəhərində”, “Səmt küləyi”, “Qaçaq Nəbi”, “Ad günü” filmlərinin quruluşçu rəssamı olmuşdur.

Kamil Nəcəfzadə Azərbaycan teatr səhnəsində də fəaliyyət göstərmiş, H.Cavidin “Knyaz” (1964-cü il) və S.Vurğunun “Fərhad və Şirin” (1976) və s. əsərlərinə quruluş vermişdir.

Rəssam səhnəqrafiya və kino filmlərin bədii tərtibatı ilə yanaşı, rəngkarlıq və qrafika nümunələri də yaratmışdır. Belə əsərlərdən “Əmək adamları”, “İlk traktor”, “Azərbaycan harayı”, “Yaylaqda səhər”, “Tarix bağışlamır”, “Çay kənarında”, “Əli Zeynalov”, “İmran Qasımov”, “Mahmud Esembayev” adlarını qeyd etmək olar.

Kamil Nəcəfzadənin əsərləri Amerika, Böyük Britaniya, Yaponiya, Türkiyə, Çexoslovakiya, Almaniya, Fransa, Kanada, Monreal və başqa ölkələrin muzey və şəxsi kolleksiyalarda saxlanılır. O, 1986-cı ildə Vyetnamın Hanoy şəhərində fərdi sərgisinin açılışından sonra 29 əsərini Vyetnam xalqına hədiyyə etmişdir.

Kamil Nəcəfzadə kino və rəngkarlıq sahəsindəki nailiyyətlərinə görə 1964-cü ildə Çeçen-İnquş Respublikasının Əməkdar incəsənət xadimi, 1976-cı ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1987-ci ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı kimi yüksək fəxri adlara, iki dəfə Dövlət mükafatına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmuşdur. Rəssam müstəqil respublikamızın ali mükafatına - “Şöhrət” ordeninə layiq görülmüşdü.

Sərgidə nümayiş olunacaq rəngkarlıq və qrafika əsərləri rəssamın ailə kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçiləcəkdir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...