Anons

Bu gün, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Bu gün, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Şərəf yoxsulları: Biri Azərbaycan ordusundan AŞPA-ya şikayət edir, digəri isə...

Tarix:10-12-2021, 20:00

Şərəf yoxsulları: Biri Azərbaycan ordusundan AŞPA-ya şikayət edir, digəri isə...
Azərbaycanın Ermənistan üzərindəki qələbəsi ölkəmiz üçün yeni konturlar müəyyənləşdirməklə yanaşı, marginal qrupların dövlətimizə qarşı yönələn hücumlarına da işıq saldı. daxili və xarici düşmənlərin "pasportu"nu əldə etmiş oldu. Daha gizli qalan heç nə yoxdur. Postmüharibə dövründə Azərbaycan təkcə Qarabağın bərpa prosesini həyata keçirmir, həm də daha böyük və qlobal əhəmiyyətli proseslərin əsas iştirakçısı kimi mühüm rol oynayır. Əgər 30 il ərzində əsas hədəfimiz Qarabağı işğaldan azad etmək idisə, bu gün Azərbaycanı daha qüdrətli bir dövlətə çevirmək milli hədəflərimizin əsas qayəsini təşkil edir. Görünür, bu hədəf - Qarabağın bərpası, bütün dünya üçün nəfəslik rolunu oynayacaq dəhlizin açılması, iqtsiadiyyatı və ordunu daha da gücləndirmək bir çox qüvvələri qane etmir və açığı, edə də bilməzdi. Bu qüvvələr uzun illərdir Azərbaycan dövlətinə qarşı daxildən və xaricdən aparılan məkrli planların, boyuna milyonlarla dollar biçilmiş layihələrin əsas iştirakçısı olan şəxslərdən, təşkilatlardan ibarətdir.

Bir məqama diqqət edək: Dekabrın 15-də Azərbaycan və Ermənistan liderləri arasında Brüssel görüşü baş tutmalıdır. Məhz bu görüş ərəfəsində sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı şiddətli və dezinformasiyalardan ibarət hücumlar həyata keçirilir. Bəs bu hücumlar kimlərdən təşkil olunur? Təbii ki, sapı özümüzdən olan baltalardan, Azərbaycandan qaçıb Qərb ölkələrində yaşayan mühacirlərdən: Sevinc Osmanqızı, Tural Sadıqlı, Emin Hüseynov, Məhəmməd Mirzəli və digər mənşəyi bəlli olmayan digər şəxslərdən...

Şərəf yoxsulları: Biri Azərbaycan ordusundan AŞPA-ya şikayət edir, digəri isə...

Bəs bu şəxslərin əsas hədəfi nədir?

Heç şübhəsiz ki, Azərbaycan dövləti və onun siyasi, iqtisadi, tarixi və sosial dayaqları...

Məsələn, bir nümunə göstərək: Sən demə, Avropada yaşayan mühacir Emin Hüseynov Azərbaycan ordsunundan AŞPA-a şikayət edib.

Azərbaycan ordusuna qarşı hazırlanan şikayət qətnaməsinin təşkilatçısı E.Hüseynovdur, eyni zamanda bu qətnaməyə bir neçə avropalı deputat da imza atıb. Ancaq Azərbaycan ordusunun gözdən salınması və ermənilərin müdafiəsi məqsədilə hazırlanan şikayət təşəbbüsü qəbul edilməyib. Görəsən, E.Hüseynov Azərbaycan ordusundan nə istəyir?

Bəlkə 44 günlük müharibə zamanı Azərbaycan ordusu anasının erməni olduğu iddia olunan E.Hüseynovun qohum-əqrabasını da məhv edib?

Məgər E.Hüseynovun bu addımı ilə ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar arasında bir fərq varmı? Axı Ermənistan da Azərbaycanı BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinə vermişdi. Söz yox ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını tamamilə rədd edən qərar qəbul etdi. Məsələ isə gün kimi aydındır, E.Hüseynov ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi çirkin oyunların bir parçasıdır. Daha bunu başqa nə cür isbat etmək lazımdır? Əgər ermənilərin Azərbaycana qarşı qaldırdığı iddia ilə E.Hüseynovun hazırladığı böhtan layihəsi eyni fikirlərlə doldurulubsa, deməli, qaranlıq heç nə qalmır.

Şərəf yoxsulları: Biri Azərbaycan ordusundan AŞPA-ya şikayət edir, digəri isə...

Bundan bir neçə gün əvvəl Sevinc Osmanqızı deyirdi ki, “Kaş bizim prezident Paşinyan olardı...”.

Təsəvvür edin, bu adamın atasını ermənilər öldürüb və atasının qatillərindən özünə prezident arzulayır. O Paşinyanı ki, 44 günlük müharibə zamanı Azərbaycanın mülki əhalisini raketlə hədəfə aldı, nəticədə azyaşlı körpələr, günahsız insanlar öldü. S.Osmanqızının sərsəm fikirlərinə geniş şərh vermək əhəmiyyətsizdir, çünki bu adam (?) ermənilərə xidmət etdiyini açıq şəkildə etiraf edir.



Soçi görüşü Ermənistanın bütün ümidlərini puç etmiş oldu. Görüş zamanı Rusiya prezidenti V.Putinin açıq və sərrast fikirləri Azərbaycanın mövqeyi ilə üst-üstə düşürdü. Bu görüşdən sonra Azərbaycanın qaldırdığı məsələlərin gec-tez reallaşacağı da şübhə doğurmur və Ermənistan bunu başa düşür. Eyni zamanda “3+3” formatı region üçün hazırlanmış əsas inkişaf modeli kimi yekdil masanın qərarıdır. Bəs qarşıda nə var? Brüssel görüşü... Bu görüşü kimlər təşkil edir? Avropa İttifaqı... Paşinyan Soçi görüşündə ala bilmədiklərini Brsseldə almaq istəyir.

Həmçinin, hazırda Azərbaycana qarşı hücumların kökündə duran əsas amillərdən biri budur: İlham Əliyevin əlini zəiflətmək, Paşinyanın əlini isə gücləndirmək. Bəs bu antimilli plan kimlərin əli ilə icra olunur? Təbii ki, radikal müxalifət və xaricə qaçan azərbaycanlı mühacirlər vasitəsilə...

Şərəf yoxsulları: Biri Azərbaycan ordusundan AŞPA-ya şikayət edir, digəri isə...

Öz günahlarını etiraf etmiş Saleh Rüstəmli ilə bağlı aksiyanın keçirilməsi də Azərbyacana qarşı çirkin oyun idi. Çünki bu aksiyanın təşkilatçıları və iştirakçıları daim dağıdıcılığa meylli olublar və şəhərin mərkəzində növbəti dəfə dağıdıcı addımlar atacaqlarını yəqinləşdirən bu şəxslər onu da bilirdilər ki, polis aksiyanın qarşısını qətiyyətlə alacaq.

Sabitliyi qorumaq polisin borcu və vəzifəsidir. Tofiq Yaqublunun özünü “qurbanlığ”a çevirməsinin də pərdəarxasında Brüssel görüşündə Azərbaycana qarşı “kart”lar müəyyənləşdirmək dayanırdı.

Şərəf yoxsulları: Biri Azərbaycan ordusundan AŞPA-ya şikayət edir, digəri isə...

Şübhəsiz ki, Ermənistan Azərbaycanda insan hüquqlarının pozulduğunu misal gətirərək “demokratik Qərb”də ölkəmizə qarşı təzyiqlərə nail olmaq istəyir.

Ola bilsin ki, Brüssel görüşündə Paşinyan T.Yaqublunun fotosunu çıxarıb bəyan eləsin ki, “Baxın, sizin ölkədə vətəndaşı belə döyürlər...”. Amma bunun Ermənistanın işğalçılıq siyasətinə nə dəxli var? Yaxud T.Yaqublunun döyülməsinin detalları tam aydınlaşıbmı? Dəhşətli olan budur ki, Paşinyan Azərbaycan müxalifətinə istinad edə bilər. Məgər T.Yaqublu nəticədə kimə xidmət etdiyini anlamırmı? Bəs E.Hüseynovun Azərbaycan ordusundan AŞPA-ya şikayət etməsi onun “vətəndaş” mövqeyidir, yoxsa erməni lobbisinin tələbi?

Şərəf yoxsulları: Biri Azərbaycan ordusundan AŞPA-ya şikayət edir, digəri isə...

Plan bəllidir: Xaricdə yaşayan marginal qruplara “aktivləşin” əmri verilib. Ölkə rəhbərliyi haqqında dezinformasiyaların yayılması üçün “düymə” basılıb. Azərbaycan xalqını təhqir etmək üçün “başlayın” tapşırığı gəlib. Diqqət ediriksə, radikal müxalifət və xaricdə yaşayan mühacirlər artıq Azərbaycan xalqını təhqir edirlər, insanları ölkədə terrora, dövlət çevrilişinə səsləyirlər.

Bunun üçün marginal qrupların ən yöndəmsiz və söyüşcül ünsürlərindən istifadə edirlər, məsələn, Məhəmməd Mirzəlidən... Bağça uşağı səviyyəsində intellektə malik olamayan bu “erməni tamadası” hər gün bir qurumu, bir məmuru, ölkə rəhbərliyində təmsil olunan şəxsləri hədəf alaraq ən pis ifadələrlə təhqir edir. Özü də harada oturur? Fransada... Hazırda Ermənistanın əsas havadarı kimdir? Təbii ki, Fransa... İnsanları terrora səsləyən M.Mirzəlini kim qoruyur? Fransa hüquq-mühafizə orqanları... Məslə aydındır.

Amma belələrini cavabsız qoyduqca daha da aqressivləşir və öz miskin varlıqlarını nümayi etdirirlər. Hər bir azərbaycanlı, hər bir jurnalist, siyasətçi bu şəxslərin linç etməlidir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...